Ermənistanda siyasi gərginlik səngimir
05.08.2021 [08:47]
Məlum olduğu kimi, VIII çağırış Ermənistan parlamentinin öz işinə başlamasından sonra ölkədaxili siyasi ehtiraslar parlament zalına transfer olunub. Parlamentin rəhbər strukturlarına seçkilərdə müxalifətin böhran yaratmaq cəhdləri davam edib. Erməni mediası yazır ki, hakimiyyətin namizədlərinin seçkisini boykot edən müxalifət parlament binasının kənarında və daxilində hərbçilərin yerləşdirilməsinə qarşı da kəskin münasibət bildirir.
Qeyd edək ki, müxalifətin parlamentin işini pozmaq cəhdlərinin fonunda vitse-spikerlərin seçkisi davam etdirilib. “News.am” yazır ki, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının namizədləri Ruben Rubinyan avqustun 3-də və Hakop Arşakyan isə avqustun 4-də parlamentin sədr müavinləri seçiliblər.
Qeyd edildiyi kimi, jurnalistlərin parlamentin zalına girişinin qadağan edilməsi, binaya hərbçilərin yerləşdirilməsi müxalif deputatlar arasında narazılıq yaradıb. “Hraparak” qəzeti yazır ki, yeni parlamentin iclasında hakimiyyət jurnalistlərin sərbəst hərəkətini məhdudlaşdırmaq üçün “bütöv bir qoşun batalyonu” yerləşdirib. Qəzet yazır ki, parlament aparatının informasiya departamentinin sabiq rəhbəri Arsen Babayan isə qeyd edib ki, heç bir halda ölkənin parlamenti hərbiləşdirilmiş orqan olduğu təəssüratını yaratmamalıdır: “Mediada parlamentin dəhlizlərinə nəzarət edən ondan çox hərbi geyimli zabit gördüm. Çox xoşagəlməz mənzərə idi”.
Bu arada, “Şərəfim var” fraksiyasının deputatı Taquhi Tovmasyan parlamentdə daim silahlı şəxslərlə qarşılaşdıqlarını, hərbi geyimli şəxslərin çantasını özü ilə iclas zalına aparmasını qadağan etdiklərini deyib. Onun sözlərinə görə, təhlükəsizliyin gücləndirilməsi tədbirləri, kişilərin qadın deputatlara yaxınlaşması və yoxlama aparmağa çalışması anlaşılmaz və qəbuledilməzdir.
Yeri gəlmişkən, yeni parlamentdə iqtidarın vəziyyətinin əlverişli olmayacağına diqqət çəkən “Past” qəzeti iddia edir ki, son günə qədər hakimiyyətin köhnə parlamenti növbədənkənar iclasa yığması N.Paşinyanın qanunverici orqandan arxayın olmamasından qaynaqlanır: “Mütəxəssislər əmindirlər ki, növbəti parlamentdə ciddi problemlərlə üzləşəcəyini və heç bir qanun layihəsini belə asanlıqla qəbul etdirə bilməyəcəyini başa düşən hakimiyyət qısa müddətdə VII çağırış parlamentdə maksimum sayda çox qanun layihəsini qəbul etdirməyə çalışıb”.
Bu arada, qeyd edildiyi kimi, müxalifətin böhran yaratmaq cəhdlərinə baxmayaraq baş nazir Nikol Paşinyan hökumətin formalaşdırılmasını davam etdirir. Belə ki, baş nazirin təqdimatı ilə Ermənistan prezidenti Armen Sarkisyan hökumətdə yeni təyinatları təsdiq edib. “Panorama.am” yazır ki, ötən gün A.Sarkisyan Mher Qriqoryanı baş nazirin müavini, Anahit Avanesyanı səhiyyə naziri, Andranik Piloyanı fövqəladə hallar naziri, Vahram Dumanyanı təhsil, elm, mədəniyyət və idman naziri, Vahan Kerobyanı iqtisadiyyat naziri, Karen Andreasyanı ədliyyə naziri və Tiqran Xaçatryanı maliyyə naziri vəzifələrinə təsdiq edib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

