Ermənistanda sosial-iqtisadi tənəzzül hökm sürür
01.09.2021 [08:43]
Məğlub ölkə bütün sahələri əhatə edən böhran vəziyyətindədir
Ermənistanın işğalçı, təcavüzkar siyasəti nəticəsində regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi bu ölkə daxilində mövcud olan böhranın daha da dərinləşməsini şərtləndirib. Xüsusilə də, 44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan bu ölkədə sosial-iqtisadi tənəzzül sürətlənib. Ekspertlərin qeyd etdikləri kimi, heç nisbi müstəqilliyə də malik olmayan, xaricdən gələn ianələrə bel bağlayan və total tənəzzülün müşahidə olunduğu Ermənistan bütün sahələri əhatə edən böhran vəziyyətindədir. Dərin iqtisadi tənəzzül və xaos insanların həyat şəraitini olduqca çətinləşdirdiyi üçün ekspertlər işğalçı ölkənin gələcəyinin qeyri-müəyyən olduğunu bildirirlər.
Yeri gəlmişkən, erməni mətbuatı yazır ki, hökuməti çıxılmaz vəziyyətə salan amillərdən biri də ölkənin borclarının artmasıdır. Məlumata əsasən, Ermənistanın dövlət borcu artıq 9 milyard ABŞ dollarını ötüb. Hökumət cari ilin yanvarından iyulunadək ölkənin dövlət borcunu daha 1 milyard dollar artırıb. Borc məbləğinin artmasının səbəbi Ermənistanın 2020-ci il iqtisadi böhranından çıxa bilməməsi və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlərə ehtiyacın olmasıdır.
Mövcud tənəzzül və böhranın fonunda Ermənistan mətbuatının diqqət çəkdiyi əsas məsələlərdən biri də ölkədə vətəndaşların böyük əksəriyyətinin yoxsulluq həddində yaşamasıdır. Bu, sosial narazılıqları artırmaqla yanaşı, son zamanlar vətəndaş itaətsizliyinin və etiraz aksiyalarının artmasına rəvac verir. Təsadüfi deyil ki, məğlub ölkədə həm sosial-iqtisadi, həm də digər bir çox məsələ ilə əlaqədar keçirilən etiraz aksiyaları səngimir.
Bunlarla yanaşı, Ermənistanda vətəndaşların miqrasiyası daha da sürətlənib. Bu ölkə KİV-nin məlumatına əsasən, miqrantların əsas hissəsini gənclər və əmək qabiliyyətli əhali təşkil edir. Bu isə onu deməyə əsas verir ki, mövcud miqrasiya tendensiyası Ermənistanı total demoqrafik böhrana sürükləyir. Ekspertlər qeyd edirlər ki, əhalinin ölkəni tərk etməsinin səbəbləri dəyişməz olaraq qalıb. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən və digər neqativ hallardan can qurtarmaq üçün ölkəni tərk edirlər. Erməni KİV-in məlumatına əsasən, miqrasiya göstəriciləri dövlət qurumlarının ifadə etdikləri rəsmi rəqəmlərdən dəfələrlə çoxdur.
Heç şübhəsiz, olduqca acınacaqlı vəziyyətdə olan Ermənistanın yeganə çıxış yolu təxribatçı mövqedən əl çəkmək və konstruktiv yanaşma ortaya qoymaqdır. Bununla məğlub ölkə qalib Azərbaycanın yaratdığı yeni geostrateji imkanlardan faydalana və tənəzzüldən xilas ola bilər.
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16

