Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Avropada təbii qazın qiyməti tarixi rekord qırdı

Avropada təbii qazın qiyməti tarixi rekord qırdı

14.09.2021 [09:23]

Rusiyanın “Lenta.ru” xəbər portalının yaydığı xəbərə görə, Avropada təbii qazın qiyməti yenidən tarixi rekord qıraraq min kubmetr üçün 727 dollara çatır. Məlumata görə, bunu London birjasının ICE məlumatları da sübut edir.
Qeyd edək ki, sentyabrın 9-da Avropada qazın qiymətləri tarixdə ilk dəfə olaraq min kubmetr üçün 700 dolları keçmişdi. Bundan sonra birjalarda qazın qiyməti 13 sentyabr bazar ertəsi günü 728,2 dollara qalxıb, sonra 730,1 dollara yüksəlib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin məsələyə münasibət bildirərkən, təbii qazın qiymətində artımın təyin edilməsinin bazar mexanizmlərinə yönəlmiş Avropa tənzimləyicisinin siyasətindən qaynaqlandığını söyləmişdi.
Verilən digər xəbərə görə, yeraltı qaz anbarlarında ehtiyatların səviyyəsinin azalması səbəbindən Avropada qaz bahalaşır. Bundan əlavə, avqust ayında “Qazprom”un Novıy Urenqoydakı zavodunda baş verən qəzadan sonra Avropaya qaz tədarükü bir neçə gün ardıcıl olaraq azaldılıb.

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31