Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Taliban” məhkəməsiz edamlara start verildi

“Taliban” məhkəməsiz edamlara start verildi

14.09.2021 [09:25]

Türkiyənin “Hürriyyət” qəzetinin yaydığı məlumata görə, 20 ildən sonra Əfqanıstanda yenidən hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının silahlılarının ölkədəki müqavimətin son qalası olan Pəncşir vilayətində əhaliyə ərzaqla bağlı nəzarət tətbiq etdiyi və mülki insanları məhkəməsiz öldürdükləri qeydə alınıb.
Qeyd edək ki, Əfqanıstanın ərazisinin əksər hissəsini nəzarətdə saxlayan “Taliban” hərəkatı bölgəyə minlərlə silahlı göndərib. Belə ki, “Taliban” həmin vilayətə də nəzarət etdiyini və Pəncşirin ələ keçirilməsi ilə müharibənin tamamilə başa çatdığını elan edib. Bu xəbərdən sonra bütün dünyanın diqqəti bölgəyə yönəlib.
“Washington Post” qəzetinin yazdığına görə, bölgədə nəzarəti ələ keçirən “Taliban” məhkəməsiz edamlarla bölgə əhalisini cəzalandırmağa başlayıb. Verilən xəbərlərə görə, “Taliban” vilayətdəki müqavimət liderinin qardaşını edam etdirib. Bunu “Washington Post” qəzetinə açıqlama verən bölgədə yaşayan sakinlər də təsdiq ediblər: “Üç gün əvvəl Pəncşirdə öldürülən səkkiz mülki şəxs nə müqavimət hərəkatının, nə də “Taliban”ın üzvü idi”.
Xatırladaq ki, Pəncşirdəki müqavimət hərəkatına vitse-prezident Əmrullah Saleh və “Pəncşir aslanı” kimi tanınan Əhməd Şah Məsudun 32 yaşlı oğlu Əhməd Məsud rəhbərlik edir. Müqavimət liderlərindən Saleh də bu yaxınlarda məsələ ilə bağlı BMT-yə müraciət edərək, Taliban tərəfindən bölgə xalqına qarşı həyata keçirilən siyasətin “humanitar fəlakətə” səbəb olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31