Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Həbsxanada qətliam: 24 ölü

Həbsxanada qətliam: 24 ölü

30.09.2021 [15:17]

yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Ekvadorun Quayaquil şəhərində yerləşən Litoral həbsxanasında qeyri-qanuni dəstələr arasındakı liderlik mübarizəsi səbəbindən qarşıdurmalar baş verib. Həbsxana rəsmilərinin açıqlamasına görə, səhər saatlarında başlayan toqquşmalarda 5 məhbusun başı kəsilib, digərləri isə iti əşyalarla öldürülüb.

İlkin məlumata görə, 24 nəfərin öldüyü və 48 nəfərin yaralandığı hadisələri nəzarət altına almaq üçün çox sayda polis və hərbi qüvvə həbsxanaya göndərilib.

Sakinlərin sosial mediada paylaşdıqları videogörüntülərdə bir çox məhbusun binaların damlarına çıxdığını, həbsxanadan atəş və partlayış səsləri eşidildiyini görmək mümkündür.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31