Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyədə avtomobilin partladılması nəticəsində 8 polis əməkdaşı yaralanıb

Türkiyədə avtomobilin partladılması nəticəsində 8 polis əməkdaşı yaralanıb

16.12.2022 [09:12]

Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətində bomba yüklü avtomobilin partladılması nəticəsində azı 8 polis əməkdaşı yaralanıb.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Teleşirkətin məlumatına görə, polis maşını Diyarbəkir-Mardin magistral yolu ilə hərəkət edərkən uzaqdan idarə olunan qurğunun köməyi ilə yol kənarında park edilmiş avtomobildə partlayıcı qurğu işə salınıb. Hadisə yerinə əlavə təhlükəsizlik qüvvələri cəlb edilib.

Telekanal qeyd edib ki, hadisənin nəticələri araşdırılır.

TRT 1 telekanalının fövqəladə hadisə yerindən verdiyi məlumata görə, insident yerli vaxtla saat 04:30 (Bakı vaxtı ilə saat 05:30) radələrində polisin xüsusi təyinatlı dəstəsini daşıyan xidməti avtobus hərəkət etdiyi Diyarbəkirin girişində baş verib. Yaralılar yerli xəstəxanalara çatdırılıb.

Partlayış ərazisi bloklanıb, antiterror əməliyyatı aparılır.

Paylaş:
Baxılıb: 504 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

Siyasət

Gündəm

Siyasi təxribat...

22 Aprel 10:35

Analitik

Ədəbiyyat

Sosial

Planetimizi sevək!

22 Aprel 08:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30