Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Sahibkarlara göstərilən xidmət səviyyəsi ilə bağlı sorğunun nəticələri açıqlanıb

Sahibkarlara göstərilən xidmət səviyyəsi ilə bağlı sorğunun nəticələri açıqlanıb

25.01.2018 [10:11]

Sahibkarlara göstərilən xidmət səviyyəsi ilə bağlı 103 respondent arasında sorğu aparılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 24-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) və “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin birgə mətbuat konfransında SMPDK-nın şöbə müdiri Fazil Talıblı deyib.
Onun sözlərinə görə, sorğu son 5 il ərzində komitəyə sənədlərin alınması üçün müraciət edənlər arasında aparılıb və 103 sahibkarlıq subyektini əhatə edib.
Fazil Talıblı komitə tərəfindən açıq hökumətin təşviqi, ictimaiyyətlə əlaqələr və elektron hökumət quruculuğu istiqamətlərində aparılan islahatlar və görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirib ki, şəffaflığın artırılması və onlayn resursların məzmunun gücləndirilməsi məqsədilə təmsil etdiyi qurumun məzmun və dizayn baxımından təkmilləşdirilmiş yeni saytı istifadəyə verilib, elektron xidmətlərin və informasiya ehtiyatlarının sayının və funksionallığının artırılması istiqamətində geniş tədbirlər görülüb.
Vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, komitənin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, komitə ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili məqsədilə komitə yanında İctimai Şura yaradılıb və 2017-ci ilin noyabrın 30-da keçirilmiş seçkilərin nəticələrinə əsasən, 7 qeyri-hökumət təşkilatının nümayəndəsi İctimai Şuranın üzvü seçilib.
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova komitə tərəfindən sahibkarlara göstərilən xidmətlərin səviyyəsinin öyrənilməsi ilə bağlı aparılmış sorğunun nəticələrini açıqlayıb.
Nəzərə çatdırılıb ki, rəyi soruşulanların 93,2 faizi son 5 ildə sahibkarlıq fəaliyyətini icra etmək üçün tələb olunan sənədlərin alınması üçün komitəyə müraciət edənlərdir. Onlar texniki şərtlərin dövlət qeydiyyatına alınması (2,4 faiz), ölçmə vasitələrinin tipinin təsdiq edilməsi (9 faiz), lisenziya tələb olunan fəaliyyət sahələrinə rəylərin verilməsi (7,3 faiz), əmtəə nişanı və coğrafi göstəricilərin qeydiyyata alınması (18,4 faiz), ölçmə vasitələrinin kalibrlənməsi (9,5 faiz), məhsullara uyğunluq sertifikatlarının verilməsi (23,2 faiz), məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması (11,3 faiz), uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası (18,9 faiz) kimi xidmətlərindən istifadə ediblər.
Bildirilib ki, komitəyə müraciət etdikləri zaman komitə əməkdaşları tərəfindən etik davranış qaydalarına əməl edilməsinə dair sualı cavablandıran respondentlərin hamısı (100 faiz) bu qaydalara riayət edildiyini, müraciətin ilk anından sənədin qəbuluna qədər bu qurumda diqqət və səmimi yanaşma ilə rastlaşdıqlarını qeyd ediblər.
SMPDK xidmətlərindən istifadə üçün müraciət edərkən komitə əməkdaşlarının fəaliyyətini 5 ballıq şkala ilə qiymətləndirən respondentlər onların etik davranış normalarına əməl etmələrinə 5 bal, peşəkarlıqlarına 4,7 bal, obyektivliklərinə 4,8 bal, operativliklərinə isə 4,6 bal veriblər. Maraqlıdır ki, operativliyi qiymətləndirən respondentlər bu günə mövcud olan təşkilatı məqamları nəzərdə tutublar. Belə ki, SMPDK-nın müxtəlif xidmətlərinə müraciət edənlər ilkin müraciəti ümumi şöbəyə deyil, birbaşa müvafiq xidmətə yönlədirməyin daha səmərəli olduğunu bildiriblər.
Eyni zamanda, qanunsuz tələblər, bürokratik əngəllər, qeyri-qanuni hərəkətlər, öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edilməsi faktları ilə rastlaşmadıqlarını qeyd edən respondentlər bu amilləri “0” balla qiymətləndiriblər.
SMPDK əməkdaşlarının fəaliyyətini daha bir suala verilən cavablar da xarakterizə edir. Belə ki, “Komitə xidmətlərindən istifadə edərkən problemlərlə rastlaşdıqda nə edirsiniz?” sualına cavab verərkən qeyri-formal həll yollarını axtaranlar aşkarlanmayıb.
Rəyi soruşulanların 96,3 faizi SMPDK xidmətləri əməkdaşları tərəfindən bildirilən iradları nəzərə alıb aradan qaldırmağa çalışdıqlarını, 3,3 faiz respondent qanuni yolla haqlarını müdafiə edərək həll etdiklərini söyləyiblər.
Rəyi soruşulanlar sənədlərin dəqiq və düzgün tərtib edilməsi işinin komitənin müvafiq xidmətlərinin əməkdaşları tərəfindən problemsiz həyata keçirildiyini qeyd ediblər.
Komitənin göstərdiyi xidmətlər barəsində məlumatlara çıxış imkanı lazımi səviyyədə təmin olunmasının qiymətləndirilməsi zamanı 58,2 faiz respondent bunun yüksək səviyyədə təşkil olunduğunu, 31,3 faizi xidmətlərin daha da təkmilləşdirilməsinə ehtiyac olduğunu söyləyiblər. Respondentlərin 10,5 faizi isə qiymətləndirə bilmədiklərini deyiblər.
Sahibkar olduqları müddətdə komitənin fəaliyyətində hər hansısa bir dəyişikliyin müşahidə etmələrinə gəldikdə rəyi soruşulanların 46,7 faizi ciddi səviyyədə müsbət dəyişikliklərin, 4,9 faizi demək olar ki, müsbət kimi qeyd edib. Respondentlərin 31,9 faizi dəyişikliklərin olmadığını, 16,5 faizi isə cavab verməkdə çətinlik çəkdiklərini bildiriblər.

Paylaş:
Baxılıb: 748 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31