“Ertuğrul 1890” filminin Bakı premyerası
03.03.2016 [10:12]
Martın 2-də “Nizami” Kino Mərkəzində Yaponiyanın və Türkiyənin Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə iki dövlətin müştərək istehsalı olan “Ertuğrul 1890” filminin qala-gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, 2015-ci ildə tarixi dram janrda çəkilən film Yaponiya ilə Türkiyənin dostluğunu gücləndirən tarixi hadisələrdən bəhs edir.
Gecədə Türkiyənin Azərbaycandakı səfirinin müşaviri, xanım Meral Barlas filmin çəkilmə səbəblərindən söz açıb. İki ölkə arasında mədəni sahədəki əlaqələrinin inkişafına toxunan M.Barlas Türkiyə tarixində böyük faciələrdən sayılan belə bir hadisənin ekranlaşdırılmasından məmnunluğunu ifadə edib.
Qeyd olunub ki, 1889-cu ildə Sultan II Əbdülhəmidin Yaponiyaya saf dostluq niyyəti ilə göndərdiyi “Ertuğrul” döyüş gəmisi geri qayıdarkən qəzaya uğrayıb və 500-dək türk əsgəri şəhid olub. Hadisə nəticəsində şəhid olmuş insanların belə bir möhtəşəm filmlə xatırlanması tarix olaraq gələcək nəsillərin yaddaşında yaşayacaqdır.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi bildirib ki, film iki ölkə arasında dostluq əlaqələri ilə yanaşı, həm də həqiqətlərə əsaslanan bəşəri dramdır. Diplomat belə ekran əsərlərinin xalqları daha da bir-birinə yaxınlaşdıracağını söyləyib.
Ötən ilin noyabrında Türkiyədə premyerası olan filmin yaponiyalı kinosevərlər tərəfindən də maraqla qarşılandığını vurğulayıb və belə bir dəyərli ekran əsərini araya-ərsəyə gətirənlərə minnətdarlığını bildirib.
Yaponiyalı rejissor Mitsutoshi Tanakanın quruluşunda təqdim olunan filmdə tanınmış aktyorlar - Kenan Ece, Shioli Kutsuna, Seiyo Uchino, Alican Yücesoy, Uğur Polat, Mehmet Özgür, Tamer Levent, Melis Babadağ, Murat Serezli, Deniz Oral, Naoto Takenaka, Hakkı Haluk Cömert rol alıb.
Filmin mövzusunu Yaponiya və Türkiyənin əlaqələrinə möhür vuran və iki ölkə arasında dostluğun möhkəmlənməsində böyük rol oynayan iki gerçək tarixi hadisə təşkil edir. Belə ki, filmdə 1890-cı ildə yapon sularında batan Osmanlı savaş gəmisi “Ertuğrul”un qəmli hekayəsi və yaponların gəmi heyətini qurtarmaq səyləri, eyni zamanda 1985-ci ildə Səddam Hüseynin təhdidi ilə Tehranda çarəsiz qalan 215 yapon vətəndaşının Turqut Özalın təlimatı nəticəsində Türk Hava Yolları tərəfindən İran-İraq müharibəsindən qurtarılmasından bəhs edilir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

