Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə olub
14.10.2024 [17:37]
Oktyabrın 14-də Milli Məclisin Elm və təhsil komitəsinin və Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşü keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov bu cür görüşlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin inkişafına xidmət etdiyini deyib. Komitə sədri Ulu Öndər Heydər Əliyevin Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini xatırlayıb, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluğu sayəsində münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Azərbaycanla Türkiyənin dostluğunun, qardaşlığının bütün dünya üçün nümunə olduğunu vurğulayıb, bu birliyin tarixi sınaqlardan keçməsindən danışıb. Komitə sədri ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın elm və təhsil sahəsində də məmnunluq doğurduğunu qeyd edərək, bu sahədə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib.
TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komitəsinin sədri Mahmut Özer, Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım və Şimali Kipr Türk Cümhuriyyəti ilə dostuq qrupunun rəhbəri Orhan Erdem Azərbaycan parlamentinin deputatlarını VII çağırış Milli Məclisə seçilmələri münasibətilə təbrik ediblər və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. TBMM-in üzvləri ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın getdikcə daha da möhkəmlənməsindən məmnunluqlarını bildiriblər, bu əlaqələrin daha da şaxələndirliməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev, deputatlar Əziz Ələkbərov, Ağalar Vəliyev, Mehriban Vəliyeva, Fatma Yıldırım, Anar Məmmədov və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxış ediblər, iki ölkə arasında dinamik inkişaf edən dostluq və qardaşlıq münasibətlərinin regionda və dünyada sülhün, əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini bildiriblər.
Səmimi söhbət şəraitində davam edən görüşdə dost ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsi, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22

