Əli Həsənov: Belə insanlara biz Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik
06.02.2013 [03:12]
“Bu gün Xalq yazıçısı adını daşıyan bir adam bəşəri hisslərin önündə getmək əvəzinə, Azərbaycan xalqına şər atır, minlərlə şəhidin ruhunu tapdalayır. Bu gün həmin mənfur dövlətin mərkəzi şəhəri olan İrəvanda nə qədər türk, müsəlman yaşamışdır. İrəvan əhalisinin 90 faizi azərbaycanlılar olmuşdur. Bir fransız rəssamın əsrin əvvəllərində çəkdiyi əsərdə bu şəhərdə çoxlu sayda məscid görmək olur. Bunların hamısı Azərbaycan məscidləri idi. Bura nə zamandan orta əsr Ermənistan torpağı olub?”.
Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayındakı çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Çıxışı zamanı yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə də münasibət bildirən Əli Həsənovun sözlərinə görə, bir insanın milli vətəndaşlıq hissi, məsuliyyəti yoxdursa onda bəşəri hisslər, məsuliyyət ola bilməz: “Bir insan özünün “bəşəri hisslərini” nümayiş etdirmək üçün xalqına böhtanmı atmalıdır? Bu insan Azərbaycan gənci ilə torpaqlarımızı işğal edən, yüz minlərlə azərbaycanlını qətlə yetirən, Xocalı soyqırımını törədən erməni gəncini müqayisə edir. Ermənini bəşəri, azərbaycanlını isə cılız, düşkün hisslərə malik gənc kimi təsvir edir. Bu insan öz xalqının, millətinin maraqlarını beynəlxalq aləmdə nəyə isə dəyişməyə hazır olduğunu nümayiş etdirir. Belə insanlara biz Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik. Əlbəttə, onu daş-qalaq etməyəcəyik. Biz tolerant xalqıq, belə insanları çox görmüşük, belələrinə dözmüşük”.
Orxan Pamukun “Türklər “erməni soyqırımı”nı tanımalıdır” cümləsinə görə millətinin qınağına çevrildiyini xatırladan şöbə müdiri əlavə edib ki, o, bütün milli dəyərlərindən Nobel mükafatı almaq üçün imtina etdi: “Əgər sənin xalqın yoxdursa, milli mənsubiyyətin şübhə altına alınırsa, səndən millətin, xalqın imtina edirsə, o Nobel mükafatına dəyərmi? Bir insanın milli hissindən yüksək hiss ola bilməz. Azərbaycana internet vasitəsilə meydan oxumaq istəyən neçə-neçə dırnaqarası jurnalistlər, yazıçılar, siyasətçilər, sizcə, Əkrəm Əylisliyə niyə belə münasibət göstərirlər? Düşünürlər ki, bəlkə gələcəkdə hakimiyyətə gəlmək üçün bu fikirlərinə görə onlara kimsə kömək edəcək? Ar olsun belələrinə”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

