/ / Milli Məclisin deputatları Anım Günü ilə əlaqədar dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər
Milli Məclisin deputatları Anım Günü ilə əlaqədar dünya parlamentlərindəki həmkarlarına müraciət ediblər
26.09.2025 [15:54]
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 Sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.
AZƏRTAC xəbər verir ki, müraciətdə ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan Respublikasının təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal olunduğu, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı aktları həyata keçirildiyi bildirilir.
Sənəddə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hücumundan sonra Azərbaycan Respublikasının BMT Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başladığı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən döyüş əməliyyatlarının gedişində ölkəmizin beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulduğu və dövlətimizin ərazi bütövlüyünün bərpasının təmin edildiyi xatırladılır.
Müraciətdə hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərindən və insanlıq əleyhinə cinayətlərdən də bəhs edilir. Xüsusilə qeyd olunur ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı hücumlara və vəhşilik əməllərinə baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüquq normalarına dönmədən əməl edib, düşmənin yalnız silahlı qüvvələrini və hərbi obyektlərini hədəf alıb, mülki şəxslərə və yaşayış məntəqələrinə zərər vurulmasına yol verməyib.
Sənəddə, həmçinin 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı nəticəsində Ermənistan tərəfindən yaradılmış kriminal xunta rejiminin fəaliyyətinə son qoyulduğu, Azərbaycanın suverenliyinin onun bütün ərazisində bərqərar edildiyi xatırladılaraq, hazırda işğaldan azad edilmiş bölgələrdə yaşayış məskənləri tikilərək bərpa olunduqca keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı diqqətə çatdırılır. Bununla belə, Ermənistan tərəfinin Azərbaycan ərazilərində basdırdığı yüz minlərcə minanın törətdiyi fəsadlar da təəssüf hissi ilə qeyd olunur.
Bütün bunlara baxmayaraq, məhz Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması üçün 5 baza prinsipini təqdim etdiyi, ötən 5 ildə sülh gündəliyinin həyata keçirilməsi üçün ciddi səylər göstərdiyi, sülh sazişinin layihəsinin də məhz Azərbaycan tərəfindən tərtib edildiyi vurğulanır. Bu çərçivədə bu ilin avqust ayının əvvəllərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin Vaşinqtonda görüşüb danışıqlar aparmasının, “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanmasının münaqişəyə birdəfəlik son qoyulmasına əlverişli şərait yaratdığı xatırladılır.
Eyni zamanda, əldə edilmiş razılaşmalara uyğun olaraq, reallaşacaq “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun qitələri birləşdirən mühüm nəqliyyat bağlantısına çevriləcəyi vurğulanaraq, perspektivdə yekun sülh sazişinin imzalanmasının Azərbaycanla Ermənistan arasında davamlı və uzunmüddətli sülhü bərqərar etməklə, bütün Cənubi Qafqaz regionu qarşısında sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açacağına inam ifadə olunur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

