/ / Abşeron rayonunun Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən 4 nömrəli tam orta məktəbin açılışı olub
Abşeron rayonunun Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən 4 nömrəli tam orta məktəbin açılışı olub
07.10.2016 [10:00]
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva açılışda iştirak edib
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Abşeron rayonunun Masazır kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan 4 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı şagirdlər qarşılayıblar.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova yeni inşa olunan məktəb barədə məlumat verib. Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binasının tikintisinə 2015-ci ilin oktyabrında başlanılıb. Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa olunan təhsil ocağının həyətində geniş abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsiblər.
Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Abşeron rayonuna səfərləri, həmçinin təhsilə qayğılarını əks etdirən fotostend yaradılıb. Təhsil ocağı zəruri inventar və əyani vəsaitlərlə tam təchiz edilib. Burada ümumilikdə 36 sinif otağı var. Üçmərtəbəli 800 yerlik məktəbdə Azərbaycan və rus bölmələrində 646 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 38 müəllim məşğul olur.
Məktəbdə bufet və ümumi sahəsi 600 kvadratmetr olan idman zalı da yaradılıb. Təhsil ocağının 360 yerlik akt zalı müasir səviyyədə qurulub. Masazır kənd 4 nömrəli tam orta məktəbində müxtəlif fənn kabinetləri, o cümlədən hərbi, biologiya, fizika, informatika kabinetləri, kimya laboratoriyası və kitabxana fəaliyyət göstərəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələrini həyata keçirir. Bu layihələrin məqsədi ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil siyasətinin həyata keçirilməsinə dəstək göstərməkdir. Son 11 ildə bu layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində 420-dək məktəb binası inşa olunub və yenidən qurulub.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42

