/ / Hadi Rəcəbli: Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası hədəflənən nəticələrin əldə olunması üçün ayrı-ayrı qurumların koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq
Hadi Rəcəbli: Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası hədəflənən nəticələrin əldə olunması üçün ayrı-ayrı qurumların koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq
08.10.2016 [10:11]
Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman imzalayıb. Fərmanda vurğulandığı kimi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsi, sosial sahələrin tarazlı inkişafının təmin edilməsi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması zərurəti ilə bağlıdır. Məlumdur ki, müasirləşməni, güclü dövlətə çevrilməyi qarşısına hədəf qoyan Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ölkəmizdə sosial-iqtisadi inkişafın paralel aparılmasıdır. Dövlət tərəfindən respublikanın getdikcə artan iqtisadi imkanlarından istifadə olunmaqla müxtəlif sosial layihələrin həyata keçirilməsi, o cümlədən də işsizliyin və yoxsulluğun aradan qaldırılması istiqamətində güclü siyasi iradə nümayiş etdirilir. Minilliyin Bəyannaməsinə qoşulan Azərbaycanda davamlı inkişaf fonunda əhalinin yüksək rifahının təmin olunması, xüsusilə də yoxsulluğun aradan qaldırılması məqsədilə silsilə tədbirlər həyata keçirilir və indiyədək bir neçə Dövlət Proqramı qəbul olunub. Dövlət başçısının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında müvafiq Fərman imzalaması Azərbaycanın bu sahədə indiyədək həyata keçirdiyi siyasətə, Minilliyin İnkişaf Məqsədlərinə sadiqliyini bir daha təsdiqləyir. Yeri gəlmişkən, ictimaiyyət nümayəndələri və ekspertlər də Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının əhəmiyyətini xüsusi vurğulayırlar. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasının önəmi ilə bağlı fikirlərini ifadə edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yeni qurumun yaradılmasını ölkəmizdə indiki şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən iqtisadi, institusional və sosial islahatların tərkib hissəsi kimi səciyyələndirib: “Məlumdur ki, Prezident İlham Əliyev 2016-cı ilin dərin islahatlar ili kimi tarixdə qalacağını bildirib. Yaranan yeni iqtisadi şəraitdə başlanan islahatlar ilk növbədə qeyri-neft sektorunun üstün inkişafına nail olmaqla indiki mərhələdə də Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını təmin etməyə hesablanıb. Yaranan yeni şəraitdə ölkəmizin özünün sosial siyasətə sadiqlik nümayiş etdirməsini xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası hədəflənən nəticələrin əldə olunması üçün ayrı-ayrı qurumların koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və yeni yaradılan qurumun mahiyyətində də məhz insan amilinin önə çəkildiyini görmək mümkündür. Komitə sədri ikinci vacib məqam kimi, dövlət quruculuğunun, idarəetmənin təkmilləşdirilməsini və səmərəliliyinin yüksəldilməsini nəzərə çatdırıb. H.Rəcəbli sonda vurğulayıb: “Yaradılan Şurada 2030-cu ilədək qarşıda duran hədəflər və onlara çatmaq yolları, müxtəlif qurumların birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Əsas istiqamətlərdən biri insanların məşğulluğu məsələsinin diqqətdə saxlanılmasıdır. Fəaliyyət istiqamətlərində ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, özəl bölmənin inkişafı, özünüməşğulluğun təmin olunması kimi məsələlər öz əksini tapacaq. Qeyd olunan sahələrdə uğurların əldə olunması isə sosial sferaya, məşğulluğun və əhalinin qazanc imkanlarının artırılması ilə ölkədə rifah halının yüksəlməsinə müsbət təsir göstərəcək”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42

