Bakıda Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilib
07.09.2017 [10:17]
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 6-da Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, M.Canelidze ilk olaraq Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib və bu dəstəyin iki dövlət arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin parlaq göstəricisi olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib. Həmçinin nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bir daha bəyan ediblər.
Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın irimiqyaslı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd edilib.
Nazirlər Bakı-Tbilisi-Qars dəmir (BTQ) yolu xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar və BTQ-nin fəaliyyətə başlaması ilə ticarət dövriyyəsinin artacağını əlavə ediblər, həmçinin Cənub-Qərb nəqliyyat dəhlizi istiqamətində də geniş imkanlar olduğunu vurğulayıblar. Bu xüsusda, nazirlər birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini vurğulayıblar.
Tərəflər 3 dövlət arasında yaradılan mexanizmin unikal və çox effektli olduğunu deyərək, bu çərçivədə maliyyə, iqtisadiyyat, gömrük və müdafiə nazirlərinin də görüşlərinin baş tutduğunu əlavə ediblər.
Nazirlər Azərbaycan və Gürcüstan arasında beynəlxalq gündəlikdə duran məsələlər üzrə mövqelərin üst-üstə düşdüyünü bildirərək, beynəlxalq və regional təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

