Azərbaycan Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində təmsil olunub
11.10.2024 [16:04]
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndə heyəti Avstraliyanın Qərbi Avstraliya ştatının Pert şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının (WTTC 2024) Qlobal Sammitində iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov və Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Ümumdünya Səyahət və Turizm Şurasının baş icraçı direktoru Culia Simpson və “Trip.com Group”un baş direktoru Ceyn San ilə görüş keçiriblər.
Sammit zamanı keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti tərəfindən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən “Xınalıq və Köç yolu mədəni landşaftı”nın qorunub saxlanması, turizm üzrə biomüxtəlifliyin mühafizəsi və icma əsaslı turizmin inkişafı haqqında məlumat verilib.
Görüşdə diqqətə çatdırılıb ki, noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında ilk dəfə turizm mövzusunun fəaliyyət gündəliyinə salınması turizmin iqlim dəyişikliyinə qarşı mübarizədə rolunu artırmağa, eləcə də iqlim dəyişikliyinin bu sektor üzərində mənfi təsirlərinin azaldılmasına öz töhfəsini verəcək.
Qeyd edək ki, sammit turizm sektorunun gələcəyini formalaşdıran inkişaf tendensiyalarını, sənayenin üzləşdiyi problemləri, sektorun qlobal iqtisadiyyata təsirinin müzakirəsi, həmçinin innovativ həllər təklif etmək üçün hər il səyahət və turizm sənayesi liderləri ilə dövlət nümayəndələrini bir araya gətirən platformadır. Azərbaycan tərəfdaş ölkə olmaqla, Dünya Səyahət və Turizm Şurasının hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini özündə birləşdirən “Dayanıqlı Əsaslar” üzrə proqramının üzvüdür.
Xəbər lenti
Hamısına baxDünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42

