Türk dövlətlərinin ali seçki qurumları arasında əməkdaşlıq genişlənir
14.05.2025 [23:34]
Türküstan şəhərində (Qazaxıstan) Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ali seçki qurumlarının Məşvərət Platforması haqqında Əsasnamənin imzalanması mərasimi olub.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə TDT üzvü olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın mərkəzi seçki qurumlarının və bu təşkilatda müşahidəçi statusuna malik Macarıstanın, həmçinin 4 nüfuzlu beynəlxalq təşkilatın – TDT, Ümumdünya Seçki Orqanları Assosiasiyası, Türk Dövlətləri Parlament Assambleyasının (TürkPA), Türk Akademiyasının rəhbərləri, türk ölkələrinin alimləri, Qazaxıstan Respublikası Parlamentinin deputatları və başqaları iştirak ediblər.
Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Qazaxıstan Respublikasının Prezidenti Türk Dövlətləri Təşkilatının 10-cu sammitində irəli sürülən məsləhət platformasının yaradılması təklifini dəstəklədiklərinə görə qardaş ölkələrdən olan həmkarlarına təşəkkürünü bildirib və bu təşəbbüsün təşkilata üzv olan dövlətlərdə seçki sistemlərinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
“Məşvərət Platformasının müddəalarının imzalanmasının Türk dünyasının mənəvi paytaxtı olan Türküstanda baş tutması rəmzi məna daşıyır. Məsələlərin əhəmiyyətini nəzərə alaraq, “Türk dünyası: seçki sistemlərinin ənənələri, təcrübəsi və inkişaf perspektivləri” adlı konfransın keçirilməsini dəstəkləyirəm. Sözsüz ki, bu tədbirlər ortaq tarixi köklərə malik olan qardaş ölkələr arasında əməkdaşlığı daha da dərinləşdirəcək”, - deyə Qazaxıstanın dövlət başçısı təbrik məktubunda vurğulayıb və məşvərət platformasına səmərəli iş arzulayıb.
Tədbirdə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri qeyd edib ki, açıq mənbələrdən əldə edilən məlumata görə, bu gün Türk Dövlətləri Təşkilatının bütün üzv dövlətlərində 96,5 milyon seçici var və son iki ildə onlar müxtəlif səviyyəli 15 seçki keçirib.
Tədbirdə TDT üzvü olan dövlətlərin mərkəzi seçki orqanlarının rəhbərlərinin - Azərbaycandan Məzahir Pənahov, Qırğızıstandan Tınçtık Şaynazarov, Türkiyədən Ahmet Yener, Özbəkistandan Zayniddin Nizamxocayevin çıxışları dinlənilib, habelə Macarıstan Milli Seçki Bürosunun rəhbəri Attila Nadın təbrik məktubu oxunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

