/ / İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt sahəsində dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub
İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt sahəsində dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub
28.03.2026 [14:25]
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt texnologiyaları sahəsində aparılmış elmi tədqiqatların nəticələrini əks etdirən elmi əsərlərin xülasələrindən ibarət “Süni intellekt texnologiyalarının elmi-nəzəri və praktiki problemləri” adlı ekspres-informasiya çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, yeni nəşrdə institutun əməkdaşları tərəfindən əsasən son 30 ili əhatə edən dövrdə süni intellektin müxtəlif istiqamətləri üzrə dərc olunmuş 440 elmi əsərin (məqalə, konfrans materialı və s.) xülasəsi toplanıb. 351 səhifəlik toplu institutun süni intellekt sahəsindəki elmi fəaliyyətinin hesabatı xarakterini daşıyır.
Ekspress-informasiyada təqdim olunan bir sıra elmi əsərlərdə institutun neyron şəbəkələr, qeyri-səlis məntiq, təbii dilin emalı, “Big Data” analitikası kimi süni intellektlə bağlı olan sahələr üzrə əldə edilən mühüm elmi nəticələr əksini tapıb. Biblioqrafik nəşrdə, həmçinin süni intellekt texnologiyalarının rəqəmsal dövlət, kibertəhlükəsizlik, rəqəmsal tibb, e-təhsil, linqvistika, sosial media və s. kimi sahələrdə tətbiqinə dair elmi işlər haqqında məlumat verilir.
Xülasələr toplusunun elmi redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevdir.
Ekspress-informasiya süni intellekt sahəsində elmi və tədris fəaliyyəti ilə məşğul olan tədqiqatçılar, tələbələr, həmçinin, idarəetmə və istehsalat sahələrində çalışan mütəxəssislər üçün sistemləşdirilmiş informasiya mənbəyidir. Bu nəşr eyni zamanda, Azərbaycanda süni intellektin tarixini araşdıranlar üçün də mühüm əhəmiyyət kəsb edir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41

