/ / Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmaz rayonunun Palıdlı kəndində inşa edilmiş orta məktəb binası istifadəyə verilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmaz rayonunun Palıdlı kəndində inşa edilmiş orta məktəb binası istifadəyə verilib
24.12.2013 [09:18]
Dekabrın 23-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xaçmaz rayonunun Palıdlı kəndində inşa edilmiş orta məktəb binası istifadəyə verilib.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndələrinin, rayon ictimaiyyətinin təmsilçilərinin və kənd sakinlərinin iştirak etdikləri açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.
Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov iştirakçılara Azərbaycanın birinci xanımı, Fondun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb, dövlətimizin təhsilə göstərdiyi qayğıdan söhbət açıb. Bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda və onun hüdudlarından kənarda indiyədək 350-dən artıq məktəb binası inşa edilib istifadəyə verilib. O, Heydər Əliyev Fondunun şagirdlərə verdiyi bu gözəl töhfədən yararlanaraq yaxşı oxumağı, Vətənə layiqli vətəndaş kimi yetişməyi tövsiyə edib.
Mərasimdə digər çıxış edənlər də əlamətdar hadisə münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik edib, məktəb binasının istifadəyə verilməsini Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi qayğının bariz nümunəsi kimi dəyərləndiriblər. Natiqlər bu sevinci onlara bəxş edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd olunub ki, son illər ölkənin hər bir guşəsində olduğu kimi, Xaçmaz rayonunda da məktəb tikintisi geniş vüsət alıb. Son 10 ildə rayonda 32 yeni məktəb binası istifadəyə verilib. Hazırda daha 5 məktəb binasının tikinti işləri aparılır.
Binanın açılışını bildirən rəmzi lent kəsildikdən sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar. İkimərtəbəli təhsil ocağında kompyuter otağı, fənn kabinələri, kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və dərzi otaqları, bufet, akt zalı, idman zalı, kitabxana yaradılıb, məktəb ən müasir avadanlıqla təmin olunub. Binanı istilik və elektrik enerjisi ilə təmin etmək üçün burada qazanxana və transformator yarımstansiyası qurulub.
Binada su, kanalizasiya sistemləri qurulub, həyətində futbol meydançası yaradılıb. Buradakı bütün tədris avadanlığı da məktəbə Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub.
Yeni məktəbdə Palıdlı kəndi ilə yanaşı, ətrafda yerləşən daha 5 kəndin şagirdləri də təhsil alacaqlar. Həmin yaşayış məntəqələrindən şagirdlərin məktəbə rahat gəlmələrini təmin etmək məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbə mikroavtobus verilib.
Məktəbin açılışından sonra tədbir iştirakçıları Palıdlı kəndində yerli sakinlər üçün tikilmiş 26 yeni yaşayış evinə də baxış keçiriblər.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

