Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
08.10.2015 [10:05]
Oktyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) geniş müşavirə keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən komitənin sədri Mübariz Qurbanlı ölkədəki dini durum, Milli Məclisin plenar iclasında “Dini etiqad azadlığı haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı fikirlərini bildirib. O qeyd edib ki, qanunda edilən dəyişiklik Dövlət Komitəsinə əlavə səlahiyyətlər verməklə yanaşı, qurumun məsuliyyətini də artırır. Eyni zamanda, göstərilib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və komitə bu fəaliyyətini ardıcıl olaraq davam etdirməlidir.
Müşavirədə komitənin dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov Məhərrəm ayının başlanması ilə əlaqədar qəbul edilən tədbirlər planı haqqında məlumat verib. Bildirilib ki, qəbul edilən plana görə Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik işlərinin aparılması, sosial yönümlü tədbirlərin keçirilməsi, monitorinqlər və s. daxildir. Eyni zamanda, Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına da dəstək verəcək.
Müşavirədə bölgə şöbə müdirlərinin aylıq hesabatları dinlənilib, dini icmaların maarifləndirmə məqsədilə həyata keçirilən layihələrinin davam etdirilməsi, yeni icmaların yaradılması, məscid və icmaların qeydiyyatı məsələləri müzakirə olunub.
Müşavirədə Dövlət Komitəsinin sədri, sədrin müavinləri, DQİDK-nın Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

