Gəncəlilərin seçimi Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevdir
20.09.2013 [10:47]
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Gəncə şəhərində də uğurla davam etdirilir
Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Gəncə şəhərində də uğurla davam etdirilir. Dünən bu məqsədlə Gəncə şəhərinin Nizami prospektində 22 saylı binanın yanında yerləşən idman kompleksinin həyətində seçicilərlə növbəti görüş keçirilib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək deyib ki, artıq 3 gündür ki, təbliğat-təşviqat kampaniyasına start verilib: “Şəhərin “Novruz” meydanında ilk təbliğat-təşviqat görüşünün böyük izdihamla, yüksək səviyyədə keçirilməsi Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə ümumxalq məhəbbətinin və rəğbətinin təzahürü oldu. Xalq-dövlət, dövlət-xalq vəhdətini ölkəmizin istər regionda, istərsə də beynəlxalq aləmdə yüksəldən, vətəndaşların sosial rifahını daha da yaxşılaşdıran cənab İlham Əliyevin növbəti qələbəsini şərtləndirən mühüm amildir. Bu gün böyük qürur hissi keçiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə xüsusi diqqət və qayğısı sayəsində Gəncə dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş, bütövlükdə regionun müasir sənaye və turizm şəhəri olmuşdur. Dövlət başçısı indiyə kimi, Gəncəyə 12 səfər etmiş, bu səfərlərin hər birində mühüm obyektlərin istifadəyə verilməsi və təməlqoyma mərasimlərində iştirak etmişdir. 2012-ci ilin yanvarında şəhərimizə səfəri zamanı ölkə başçısı cənab İlham Əliyev dedi: “Şadam ki, Gəncədə çox böyük quruculuq işləri aparılıb. Gəncəyə daim böyük diqqət göstərilmişdir və bu diqqət daimidir”.
Hər gün biz Gəncədə yeniliklərlə, dəyişikliklərlə qarşılaşmağa adət etmişik. Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair vəsaitin ayrılması haqqında son 2 ildə möhtərəm Prezidentimizin müvafiq sərəncamları Gəncəyə hərtərəfli köməyin və dəstəyin ifadəsidir. Bütün bunları yüksək dəyərləndirən gəncəlilər 9 oktyabr prezident seçkilərində təbii ki, öz doğru seçimlərini etməlidirlər. Bu seçim Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, xalqımızın vətənpərvər oğlu cənab İlham Heydər oğlu Əliyevdir!”
Təşviqat qrupunun üzvləri -YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə bölməsinin direktoru Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədr müavini, ADAU-nun rektoru İbrahim Cəfərov, YAP Gəncə şəhər təşkilatının İdarə Heyətinin üzvü, GDU-nun rektoru Yadigar Əliyev, AzTU-nun dosentləri Tahir Abbasov və Şahlar Babayev, baş müəllim Şahmar Həsənov çıxışlarında vurğulayıblar ki, Ümummilli lider Heydər Əliyevin siyasətinin cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində bölgələrimizin sosial-iqtisadi inkişafı hər birimizdə fərəh hissi doğurur: “Seçicilər cənab İlham Əliyev siyasətini hər zaman bəyənib, dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Oktyabrın 9-da bu reallıq bir daha öz təsdiqini tapacaqdır”.
Şəhər sakinlərindən Hüseyn Budaqov, Arzu Həsənov və başqaları çıxışlarında şəhərimizdə görülən geniş abadlıq-quruculuq işlərindən, insanların sağlamlığı və asudə vaxtının səmərəli təşkili üçün yaradılan şəraitdən razı qaldığını bildirib, onlara göstərilən qayğıya görə cənab İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər və cənab İlham Əliyevi növbəti 5 ildə də prezident kürsüsündə görmək arzusunda olduqlarını söyləyiblər.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

