Prezident İlham Əliyev Azərbaycanın alternativsiz lideridir
21.09.2013 [10:02]
YAP Mingəçevir şəhər təşkilatı seçicilərlə növbəti görüşünü keçirib
Oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində Mingəçevir şəhərində seçicilərlə görüş keçirilib. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində şəhərin D.Əliyeva küç.21 saylı binanın ərazisində yaşayan seçicilərlə görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov Yeni Azərbaycan Partiyasının namizədi olan cənab İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı məlumat verib.
Şəhər təşkilatının sədri bildirib ki, son 10 ildə ölkəmiz yüksək səviyyəli inkişaf yolu keçib. C.Yusubov son 10 ildə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edilib ki, bu müddətdə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artıb, əhalinin gəlirlərində yüksək irəliləyiş nəzərə çarpıb: “Bir faktı səsləndirmək istəyirəm ki, Prezident İlham Əliyev hər zaman regionların sosial inkişafını öz diqqətində saxlayıb. Son 10 ildə regionların sosial-iqtisadi inkişafını özündə əks etdirən Dövlət proqramları şəhərlərimizin, kəndlərimizin daha da yüksək səviyyədə abadlaşmasına, bölgələrdə yeni iş yerlərinin açılmasına, insanların mədəni istirahətinin təşkilinə şərait yaradıb. Prezident İlham Əliyevin Mingəçevir şəhərinə olan diqqət və qayğısı haqqında xüsusi danışmağı bir mingəçevirli kimi özümə borc bilirəm. Yeni müəssisələrin açılışı, salınan yeni parklar şəhərimizin daha da yüksəlməsinə, iqtisadi göstəricilərin artmasına, o cümlədən, mingəçevirlilərin daha firavan yaşamasına yol açıb. Bu gün Mingəçevir özünün inkişafının yeni mərhələsini yaşayır. Mən əminəm ki, qədirbilən mingəçevirlilər bu dəfə də seçkilərdə yüksək fəallıqla iştirak edəcəklər və öz seçimlərində hər zaman olduğu kimi dövlətçiliyimizi, birliyimizi, inkişafımızı seçəcəklər. Prezident İlham Əliyevin Azərbaycanın gələcəyinə ünvanlanmış proqramları yaxın gələcəkdə əldə olunacaq yüksək nailiyyətlərdən xəbər verir. Mən inanıram ki, biz hamımız möhtərəm Prezidentimizin apardığı yüksək səviyyəli inkişaf prosesində yaxından iştirak edəcəyik”.
Çıxış edən millət vəkili, Respublika Həmkarlar İttifaqı Komfederasiyasının sədri Səttar Mehbalıyev də ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Millət vəkili sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli liderin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasət xəttinin dayandığını önə çəkib. Onun sözlərinə görə, gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Prezident İlham Əliyev şəxsiyyəti modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirir.
Çıxış edən şəhər sakinləri oktyabrın 9-da mingəçevirlilərin birmənalı şəkildə inkişafımızı davam etdirəcək namizədə - Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəyini deyib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

