/ / Qazax seçiciləri Azərbaycanı müasir inkişafa aparan liderə-Prezident İlham Əliyevə səs verəcəklər
Qazax seçiciləri Azərbaycanı müasir inkişafa aparan liderə-Prezident İlham Əliyevə səs verəcəklər
21.09.2013 [10:03]
YAP Qazax rayon təşkilatı seçicilərlə növbəti görüşlər keçirib
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası uğurla davam edir. Dünən Qazax rayonunda da YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlər keçirilib.
Rayon mərkəzində seçicilərlə keçirilən görüşdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov əminliyini ifadə edib ki, dövlətə və dövlətçiliyə sədaqəti ilə fərqlənən Qazax sakinləri prezident seçkiləri günü taleyüklü məsələdə fəallıq, sayıqlıq göstərərək Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi yenidən dövlət rəhbəri kimi görmək istəklərini ortaya qoyacaqlar.
Prezident İlham Əliyevin hər zaman Qazax rayonuna xüsusi qayğısını önə çəkən YAP rayon təşkilatının sədri bildirib ki, dövlət başçısının son 10 ildə apardığı siyasətə, gördüyü işlərə Azərbaycan xalqı canlı şahiddir, xalqımız öz həyatında bu müsbət dəyişikliyi hiss edir: “Cənab İlham Əliyevin dövlətə rəhbərlik etdiyi 10 ildə bütün sahələr üzrə paralel şəkildə yenidənqurma, müasirləşdirmə işləri aparılıb. Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçilərkən bildirmişdi ki, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bu gün biz verilən vədlərin əməli nəticəsini görürük. Azərbaycanın hər bir vətəndaşının maddi rifah halı yüksəlib, məvaciblər artırılıb, həyat səviyyəsi yüksəlib. Rifah halının yüksəldilməsini demək olar ki, hər birimiz hər gün öz həyatımızda hiss edirik”.
Tədbirdə çıxış edən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru Afaq Qasımova bildirib ki, son 10 ildə ölkəmizdə bir milyondan artıq yeni iş yerləri açılıb, kənd təsərrüfatının inkişafında müsbət irəliləyişə nail olunub. Bildirilib ki, kənd təsərrüfatına edilən yardımlar, ayrılan subsidiyalar, qəbul olunmuş Dövlət Proqramı bir daha sübut edir ki, Prezident İlham Əliyevin hədəfi yalnız inkişafdır.
Çıxış edən təşviqat qrupunun üzvləri Səfurə Rəhimova, Fərhad Mustafayev, şair Barat Vüsal bildiriblər ki, Prezident İlham Əliyev kəndliyə təsərrüfatını inkişaf etdirməyə hər bir şəraitin yaradılmasına çalışır. Bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı istiqamətində əsaslı işlər görülür, banklar tərəfindən aşağı faizlə kreditlər ayrılır, lizinq xidmətləri tətbiq edilir. Dövlət əkinlə məşğul olan sahibkarlara maliyyə, texnika, hətta sürtkü yağı və yanacaq, o cümlədən, nəğd pul şəklində yardımlar edir. Qeyd edilib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Qazax rayonunda bütün sahələr kimi kənd təsərrüfatı da yüksək səviyyədə inkişaf edib. Çıxış edənlər bütün seçiciləri oktyabrın 9-da Azərbaycanı inkişafa aparan liderə-Prezident İlham Əliyevə səs verməyə çağırıblar.
Daha sonra tədbir rayonun Qazaxbəyli, Kommuna və Canallı kəndlərində davam etdirilib. Tədbirdə çıxış edən Anar Nəbiyev, Fərhad Qocamanov, o cümlədən, kənd sakinləri Mayıl Məmmədov və Mətanət Ayvazova bu gün ölkəmizdə yürüdülən siyasi kursu dəstəklədiklərini bildiriblər. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha yüksək nailiyyətlərə imza atacaq.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06

