Üçrəngli bayrağımız müstəqilliyimizin əbədi rəmzidir
12.11.2025 [22:32]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq və müstəqillik iradəsini, dövlətçiliyimizin möhkəm ideoloji əsaslarını təcəssüm etdirən ən əziz günlərdən biridir. Bu gün təkcə dövlət atributuna hörmət günü deyil, həm də hər bir azərbaycanlının qəlbində doğma Vətənə, onun keçmişinə, bu gününə və gələcəyinə olan sonsuz məhəbbətin, sədaqətin təntənəsidir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin". Azərbaycanın üçrəngli bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə sıx bağlıdır. 1918-ci ilin 9 noyabrında qəbul edilən bayraq xalqımızın türk mənşəyini, müasir düşüncəsini və islam mədəniyyətinə mənsubiyyətini simvolizə edir.
Lakin sovet dövründə bu müqəddəs rəmz uzun illər unudulmağa məhkum edilmişdi. Yalnız XX əsrin sonunda Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində üçrəngli bayrağımız yenidən ucaldıldı. Heydər Əliyev 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında sədr kimi çıxış edərək bildirmişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq… Qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.” Ulu Öndər ideyalarının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dəfələrlə vurğulamışdır ki, “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir.” Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda dalğalanır və hər bir azərbaycanlının qəlbi qürurla döyünür. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar, müstəqillik və azadlığın dərin hisslərini yaşadır. Müstəqilliyimizin, milli varlığımız və dövlətçiliyimizin rəmzi olan bayrağımız uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlıq nümunəsi bizləri bir bayraq altında daha sıx birləşərək, həmrəyliyə, Vətənimizin tərəqqisi və ardıcıl inkişafı uğrunda daim mübarizəyə səsləyir.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

