Azərbaycan–Slovakiya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi
16.07.2026 [09:48]
Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının məsləhətçisi
İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin birgə bəyanatla çıxış etmələri iki ölkə arasında münasibətlərin dinamik inkişafının və strateji tərəfdaşlığın növbəti mühüm təsdiqi kimi qiymətləndirilir. Şuşa şəhərində keçirilən bu görüş həm siyasi, həm də rəmzi baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada aparılan yüksək səviyyəli danışıqlar ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirdi.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Slovakiya ilə Azərbaycan arasında siyasi əlaqələr çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunun bariz göstəricisidir. Son illərdə iki ölkə arasında intensiv siyasi dialoq, yüksəksəviyyəli görüşlər və qarşılıqlı səfərlər əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə əlverişli zəmin yaradıb. Dövlət başçılarının müntəzəm təmasları münasibətlərin qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslandığını bir daha təsdiqləyir.
Azərbaycan ilə Slovakiya arasında münasibətlərdə mühüm dönüş nöqtələrindən biri 2024-cü ildə Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması oldu. Bu sənəd iki ölkənin əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə yüksəldərək siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələrin inkişafı üçün möhkəm hüquqi-siyasi baza formalaşdırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu bəyannamənin icrası artıq real nəticələrlə müşayiət olunur. Siyasi dialoqun intensivləşməsi, müxtəlif istiqamətlərdə birgə layihələrin həyata keçirilməsi və yeni təşəbbüslərin irəli sürülməsi strateji tərəfdaşlığın praktik müstəvidə uğurla inkişaf etdiyini göstərir.
Dövlət başçısının vurğuladığı kimi, belə fəal siyasi təmaslar və birgə layihələrin uğurla həyata keçirilməsi güclü siyasi iradə tələb edir. Məhz Azərbaycan və Slovakiya rəhbərlərinin nümayiş etdirdiyi siyasi iradə əməkdaşlığın davamlı inkişafına, qarşılıqlı maraqlara əsaslanan münasibətlərin möhkəmlənməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır. Bu yanaşma hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın genişlənməsinə də mühüm töhfə verir.
Enerji təhlükəsizliyi sahəsində Azərbaycan Avropanın etibarlı tərəfdaşı kimi çıxış edir və Slovakiya ilə bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Eyni zamanda nəqliyyat-logistika, ticarət, investisiya, sənaye, rəqəmsal inkişaf və yaşıl enerji kimi sahələr də gələcək əməkdaşlığın əsas istiqamətləri sırasında yer alır. Qarşılıqlı iqtisadi maraqların genişlənməsi siyasi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.
Şuşada verilən bəyanat bir daha nümayiş etdirdi ki, Azərbaycan və Slovakiya münasibətləri yalnız diplomatik təmaslarla məhdudlaşmır, uzunmüddətli strateji tərəfdaşlıq konsepsiyasına əsaslanır. Bu münasibətlər qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və ortaq maraqlar üzərində qurulub. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər iki ölkə arasında əməkdaşlığın bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin isə konkret layihələr və yeni təşəbbüslərlə daha da zənginləşəcəyini göstərir.
Prezident Peter Pelleqrinin Azərbaycana səfəri və Şuşada keçirilən görüşlər Azərbaycan–Slovakiya əlaqələrinin tarixində mühüm mərhələ olmaqla yanaşı, strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, siyasi dialoqun genişləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı baxımından əhəmiyyətli nəticələr vəd edir.
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22

