Londonda “COP29: İqlim dəyişmələri, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib
08.10.2024 [18:57]
Londonda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin dəstəyi ilə “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki ölkədən yüksək səviyyəli qonaqlar, region üzrə ekspertlər, dövlət və özəl sektorun nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən COP26-nın Prezidenti Alok Şarma Azərbaycanda keçiriləcək COP29-un bəşəriyyətin gələcəyi üçün əhəmiyyətindən danışıb. COP29-da əldə olunacaq nailiyyətlərin tək Azərbaycanın deyil, bütün dünyanın uğuru olacağını vurğulayıb. A.Şarma COP29-un müəyyən edilmiş Prezidenti və onun komandası ilə sıx təmasda olduğunu, onların bu mötəbər tədbirin uğurlu təşkili üçün yorulmadan çalışdıqlarını diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, COP29 Sədrliyinin danışıqlar qrupunun müşaviri Elşad İskəndərov qarşıdan gələn sammitin regional və qlobal nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Diplomat çıxışında iqlim dəyişmələri və əhalinin yerdəyişməsi arasında birbaşa əlaqəyə toxunaraq ətraf mühitin deqradasiyasının əsas fəsadlarından birinin miqrasiya olacağına diqqət çəkib. Elşad İskəndərov bildirib ki, iqlim maliyyəsi COP29-un əsas mövzusu olacaq. Belə ki, müzakirələr əsasən iqlim dəyişmələrinin fəsadlarından ən çox zərər çəkən ölkələrə dəstək daxil olmaqla, maliyyənin idarə edilməsi məsələlərini ehtiva edəcək. COP29 təşəbbüsləri barədə danışan diplomat Birləşmiş Krallığın Sülh və Bərpa Təşəbbüsünə dəstəyini xüsusi qeyd edib: “İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu müraciətlərə baxılma müddətini 9 ayadək azaldacaq. Fond iqlim dəyişikliyinin fəsadlarının azaldılması, adaptasiyası, həmçinin araşdırma və inkişafla bağlı dövlət və özəl sektorun fəaliyyətini stimullaşdıracaq”.
Britaniyanın COP26 çərçivəsində Latın Amerikası və Karib regionu üzrə səfiri olmuş Fiona Clouder çıxışında COP26-da qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində atılan addımlar barədə məlumat verib və Azərbaycanda keçirilən COP29-dan böyük gözləntilərin olduğunu bildirib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev COP29 təşəbbüsləri barədə çıxış edib. O, Azərbaycanın təbii yanacaqla zəngin ölkələrin yaşıl texnologiyalara keçidə daha çox töhfə verməsini nəzərdə tutan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunu dəstəklədiyini bildirib. Dünyada hazırda davam edən münaqişələr barədə danışan F.Şəfiyev Azərbaycanın COP atəşkəsi çağırışına da diqqət çəkib: “Olimpiya barışığını nümunə alaraq irəli sürülən COP atəşkəsi sülh və iqlim fəaliyyətinin vacibliyini irəli sürür”. Bununla yanaşı, Fərid Şəfiyev enerji diversifikasiyası və yaşıl enerjiyə keçidlə bağlı Azəbaycanda aparılan işlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan bu istiqamətdə müxtəlif enerji layihələrini icra edir və BP ölkəmizdə yaşıl enerji layihələrini reallaşdıraraq bu planları dəstəkləyir.
RUSI-nin beynəlxalq təhlükəsizlik üzrə direktoru Neil Melvin çıxışında Cənubi Qafqaz regionunda baş verən müsbət dəyişikliklərdən söhbət açaraq, COP29-un istər iqlim baxımından, istərsə də regionun ümumi inkişafı baxımında olduca vacib tədbir olduğunu vurğulayıb və Azərbaycana uğurlar arzulayıb.
Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp təyinatı dövründə Britaniyanın Azərbaycanda enerji keçidini təşviq edən əməkdaşlıqdan söhbət açıb və Azərbaycanın beynəlxalq səviyyədə iqlim fəaliyyətinə töhfə vermək səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.
BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev iqlim dəyişmələri ilə mübarizədə Azərbaycanın yanaşması, habelə COP29 mövzusunda təqdimatla çıxış edib. Çıxışını üç əsas istiqamət - yaşıl enerjiyə keçid, Orta Dəhlizin enerji təhlükəsizliyi üçün yaratdığı imkanlar və çağırışlar, COP29-un alternativ enerjiyə keçidə töhfəsi - üzərində quran Ş.Hacıyev ölkəmizin yaşıl keçid hədəfləri ilə bağlı ətraflı məlumat verib. O qeyd edib ki, təmiz ətraf mühit və yaşıl enerji zonalarının yaradılması əsas hədəflərdir. İşğaldan azad edilmiş ərazilərdəki yaşıl enerji konsepsiyası barədə danışan Ş. Hacıyev bərpaolunan enerji mənbələrinin davamlı inkişafa töhfələrini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov iştirak edib və sual-cavab sessiyasında ünvanlanan sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

