COP29 könüllüləri üçün xüsusi “rol təlimləri” yekunlaşıb
15.10.2024 [16:15]
COP29 Könüllülük Proqramı çərçivəsində COP29 iqlim konfransına könüllülərin cəlb edilməsi istiqamətində seçimlər yekun mərhələyə çatdırılıb. Belə ki, COP29 könüllülərinin konfransda iştirakı üçün tələb olunan bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində mühüm olan “rol təlimləri” mərhələsi yekunlaşıb.
Bu barədə AZƏRTAC-a COP29 Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilib ki, ötən aylar ərzində COP29 Könüllülük Proqramının iştirakçılarının COP29 konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə onlara fərdi inkişaf, dayanıqlılıq, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və COP29 prosesi kimi mühüm mövzuları əhatə edən bir sıra müxtəlif ümumi təlimlər keçirilib. Ümumi təlim mərhələsini uğurla başa vuran könüllülər xüsusi “rol təlimləri”nə cəlb ediliblər.
Xüsusi “rol təlimləri” könüllülərin COP29 konfransı zamanı icra edəcəyi konkret vəzifə və öhdəlikləri ehtiva etməklə, COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən keçirilib. Həmin mərhələdə könüllülər fəaliyyət göstərəcəkləri struktur bölmələrlə tanış olub, komanda üzvləri ilə görüşüb və COP29 ərzində vəzifə öhdəlikləri barədə məlumatlandırılıblar. Təlim mərhələsinin nəticəsinə uyğun olaraq Əməliyyat Şirkətinin 17 departamentində, ümumilikdə, 35 istiqamət üzrə çalışacaq 3 min könüllü seçilib. Həmin könüllülər oktyabrın 14-dən etibarən mərhələli şəkildə qonaqlama xidmətləri, nəqliyyat, logistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar.
Noyabrın 3-dən isə könüllülərin iştirakı ilə Bakı Stadionunda proqramın yekun mərhələsi olan məkan təlimləri başlayacaq. Həmin mərhələdə könüllülər bilavasitə tədbir məkanının infrastrukturu, Mavi və Yaşıl zonalar olmaqla, müxtəlif sahələr ilə əyani tanış olacaq, ərazidə müxtəlif funksiyaları təmsil edən könüllülər koordinasiyalı şəkildə çalışma bacarıqları üzərində işləyəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28
Sosial
05 Avqust 17:25
Dünya
05 Avqust 17:10
Dünya
05 Avqust 16:50
Elm
05 Avqust 16:41
İqtisadiyyat
05 Avqust 16:37
Sosial
05 Avqust 16:30
Dünya
05 Avqust 16:26
İdman
05 Avqust 16:06
İqtisadiyyat
05 Avqust 15:55
Dünya
05 Avqust 15:54
Mədəniyyət
05 Avqust 15:50
Elm
05 Avqust 15:45
Sosial
05 Avqust 15:45
Dünya
05 Avqust 15:32
İqtisadiyyat
05 Avqust 15:23
İdman
05 Avqust 15:20
Dünya
05 Avqust 14:59
Siyasət
05 Avqust 14:57
İdman
05 Avqust 14:55
İqtisadiyyat
05 Avqust 14:50
Sosial
05 Avqust 14:48
Turizm
05 Avqust 14:45
Mədəniyyət
05 Avqust 14:44
Elm
05 Avqust 14:42
İqtisadiyyat
05 Avqust 14:29
Dünya
05 Avqust 14:24
Siyasət
05 Avqust 14:10
İqtisadiyyat
05 Avqust 13:58
Dünya
05 Avqust 13:54
Elm
05 Avqust 13:45
İdman
05 Avqust 13:35
Dünya
05 Avqust 13:29
İqtisadiyyat
05 Avqust 13:25
Elm
05 Avqust 13:25
Mədəniyyət
05 Avqust 12:58
İqtisadiyyat
05 Avqust 12:55
Xəbər lenti
05 Avqust 12:55
İdman
05 Avqust 12:55
Elm
05 Avqust 12:48
Dünya
05 Avqust 12:45
İdman
05 Avqust 12:35
Mədəniyyət
05 Avqust 12:33
Dünya
05 Avqust 12:25
Sosial
05 Avqust 12:25
İqtisadiyyat
05 Avqust 12:10
Dünya
05 Avqust 12:06
Elm
05 Avqust 12:05
Gündəm
05 Avqust 11:50

