Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
09.06.2026 [20:32]
Fransanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən əsas şirkətlərindən biri olan “Safran” Montluson şəhərində yerləşən zavoduna 120 milyon avro həcmində investisiya yatırdığını açıqlayıb. Şirkətin bu investisiya ilə AASM (modul hava-yer silahı) tipli yüksək dəqiqliklə idarəolunan bombaların istehsalını 2026-cı ildə 1400 ədədə çatdırması gözlənilir. Bu göstərici 2022-ci illə müqayisədə istehsalın 6 dəfədən çox artması deməkdir.
AZƏRTAC xəbər verir ki, “Safran”ın baş direktoru Olivye Andries “La Tribune Dimanche” qəzetinə müsahibəsində bildirib ki, bu zavodda müdafiə sektoruna aid yüksək texnologiyalı avadanlıqlar istehsal olunur. Onların arasında AASM xüsusi yer tutur. Bu, bombanın üzərinə quraşdırılan idarəetmə komplektindən və hərəkətverici mühərrikdən ibarət yüksəkdəqiqlikli silahdır. Eyni müəssisədə, həmçinin “GRH” (yarımkürəvi rezonans giroskopları) istehsal edilir. Bu naviqasiya komponentləri peyk və GPS siqnallarından asılı olmadan, hətta radioelektron müdaxilənin güclü olduğu mühitlərdə belə, yüksəkdəqiqlikli yönləndirmə təmin edir.
AASM sistemindən Fransa istehsalı olan “Dassault Rafale” və “Mirage 2000” döyüş təyyarələrində istifadə olunur. Eyni zamanda, MiQ-29 və Su tipli təyyarələrə də inteqrasiya edilib.
Bildirilib ki, GRH naviqasiya sistemlərinin istehsalı da əhəmiyyətli dərəcədə artırılacaq. İllik istehsalın 30 minə çatdırılması planlaşdırılır ki, bu da 2032-ci ilə qədər üçqat artım deməkdir.
2024–2030-cu illəri əhatə edən hərbi proqramlaşdırma qanununa əsasən, Fransa hava və kosmik qüvvələrində AASM silahlarının sayının 240 faiz artırılması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

