Azərbaycanda yaradılan turizm-istirahət mərkəzləri yüksək standartlara cavab verir
18.08.2015 [10:08]
Nabranda yeni istifadəyə verilmiş “RİVER İNN RESORT” beşulduzlu hoteli də bu baxımdan turistlər üçün cəlbedici olacaq
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur. Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var və ölkəmizin turizm potensialının daha da gücləndirilməsi üçün istər təbii şərait, istərsə də yeni yaradılan infrastrukturlar münbit şərait yaradır. Qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafına nail olmaq üçün güclü siyasi iradə nümayiş etdirərək bir sıra təşkilati tədbirlər həyata keçirib, həmçinin, respublikamızda turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradılıb. Bununla da, Azərbaycanı nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri səviyyəsinə yüksəldib.
Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələrə də malikdir. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edirlər.
Təbii ki, turizmin inkişafı, öz növbəsində, ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını da zəruri edir. Məhz buna görə də paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da müasir turizm obyektlərinin inşası üçün yerli sahibkarlara və xarici iqtisadi qurumlara əlverişli investisiya mühiti yaradılıb.
Ölkəmizdə ən gözəl turizm məkanlarından biri də Nabranda yeni istifadəyə verilmiş “RİVER İNN RESORT” beşulduzlu hotelidir. Ötən həftənin sonunda “Silk Way Travel” şirkəti tərəfindən bir qrup jurnalistin hotelə press-turu təşkil olunub. Qeyd edək ki, “SW Travel” yerli və xarici şirkətlər, o cümlədən, turistlər üçün dünyanın istənilən nöqtəsinə səfər və səyahətlərin, aviabiletlərin, mehmanxanaların, transferlərin, turların, viza xidmətlərinin və s. təşkili üzrə fəaliyyət göstərir. Peşəkar əməkdaşların yüksək səviyyəli xidmətləri hər bir korporativ və individual müştərinin fərdi tələb və standartlarını təmin edir.
Əlavə edək ki, adı çəkilən hotel daha çox orta sinif ailəvi istirahət üçün nəzərdə tutulub. Hotel nömrələri ilə yanaşı, istirahət mərkəzində, həmçinin, kottec və villalar da var. Jurnalistləri hotellə tanış edən marketinq meneceri Səadət Məmmədova deyib ki, istirahət mərkəzində “SPA” mərkəz, fitnes zalı, açıq və qapalı hovuzlar, boulinq zalı, oyun avtomatları və kinozalın olduğu əyləncə mərkəzi də var.
Marketinq meneceri deyib ki, qiymətlər otaq növləri və qonaq sayına görə dəyişir. Səadət Məmmədova bildirib ki, hoteldə 3 villa da daxil olmaqla ümumilikdə 35 yer var. Villalarda 1 günlük yerləşmənin qiyməti 400-800 manat arasında dəyişir. Hoteldə isə 1 nəfərlik (səhər yeməyi də daxil olmaqla) otaqlarda 1 günlük gecələmə 150, 2 nəfərlik otaqlarda gecələmə 200 manata başa gəlir. Burada 6-12 yaşlı uşaqlar üçün 50 faiz endirim tətbiq edilir.
Hotel bura istirahətə gələnlərə xüsusi paketlər - “Korporativ”, “SPA”, “Şərab Dequstasiyası”, “Ailəvi İstirahət” və yeni ailə quranlar üçün “Toy” paketlərini təqdim edir. Səadət Məmmədovanın sözlərinə görə, gələcəkdə mərkəz ərazisində diskoteka mərkəzi və dayə nəzarətli uşaq otaqları yaradılacaq və çimərlikdə hotelin qonaqları üçün nəzərdə tutulacaq xüsusi ərazi salınacaq. “Bu unikal yer Xəzər dənizinin sahilboyunda və relikt meşələrin əhatəsində yerləşir, bu da hər bir turistin istəklərini təmin etməyə imkan yaradır. “RİVER İNN RESORT” ərazisində turistləri əsl istirahət və unudulmaz təəssüratlar gözləyir. Onlar bizim “SPA” mərkəzində güc və qüvvət verən, enerjini artıran prosedurlar ala bilərlər, düzgün həyat tərzi həvəskarları üçün, bizim aşpazlar xüsusi menyu təklif edirlər. Bədən üçün prosedurların qəbulu ilə yanaşı, qonaqlar açıq hovuzda üzə bilər və ya günəş vannaları qəbul edə bilərlər. Bu prosedurların qəbulundan sonra ruhunuza istirahət vermək üçün hotelin şəxsi çimərliyinə düşə, yaxud balıq həvəskarlarının balıq və xərçəng tuta biləcəyi çayın kənarında gəzintiyə çıxa bilərsiniz. Eyni zamanda, əyləncə mərkəzi turistləri və bizim balaca qonaqları biganə qoymayacaq. Film, boulinq, bilyard, elektron oyunlar 24 saat onların ixtiyarında olacaq. Bizim peşəkar animasiya komandamız qonaqlara əyləncə proqramları təklif edəcəklər. Bizim hotelin ən kiçik qonaqları üçün dayə nəzarəti ilə uşaq otaqları var”, - deyən S.Məmmədova qış aylarında qiymətlərin hazırkı qiymətlərdən fərqlənəcəyini, lakin həmin qiymətlərin hələ müəyyənləşmədiyini söyləyib.
Qeyd edək ki, hotel həm yay, həm də qış mövsümündə fəaliyyət göstərəcək. Hazırda hotel rəhbərliyi daxili turistlərin cəlb olunması istiqamətində çalışır. Payızdan etibarən istirahət mərkəzinə xaricdən qonaqların da cəlb olunmasına başlanacaq. Hotelin baş meneceri, Bolqarıstan vətəndaşı Vladimir Nikov bildirib ki, hoteldə 81 nəfər çalışır. İşçilərin mütləq əksəriyyəti yerli mütəxəssislərdir. Amma hotelin baş aşpazı ilə yanaşı menecmentlikdə çalışanların çoxu bolqarlardır. Baş menecerin sözlərinə görə, hər mövsümdə hotel 40 faiz dola bilsə, bunu artıq uğur hesab etmək olar.
Beləliklə, Xəzər dənizinin sahili boyu, meşələrin əhatəsində yerləşən bu hoteldə hər bir turistin istəklərini təmin etməyə şərait yaradılıb. “RİVER İNN RESORT” beşulduzlu hoteli hər zaman turistlərin xidmətindədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44

