Azərbaycanda həyata keçirilən siyasət cəmiyyətdə böyük nikbinlik yaradır
09.12.2017 [00:58]
Niderlandın nüfuzlu İNG maliyyə holdinqinin bu günlərdə yayılan analitik məruzəsində bildirilir ki, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir
Həyata keçirilən davamlı və məqsədyönlü siyasət sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafı o səviyyəyə çatıb ki, artıq ölkəmizin müsbət reallıqları beynəlxalq səviyyədə də etiraf edilir və yüksək qiymətləndirilir. Məsələn nüfuzlu Davos İqtisadi Forumunun bir qədər bundan əvvəl yaydığı “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmiz daha iki pillə irəliləyərək 35-ci yerdə qərarlaşıb. Eyni zamanda, Dünya Bankının “Doing Business 2018” hesabatında da Azərbaycan yüksək qiymətə layiq görülüb. Belə ki, hesabatda respublikamız əvvəlki 65-ci pillədən 57-ci pilləyə yüksəlib.
Azərbaycanın uğurlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi baxımından Niderlandın nüfuzlu İNG maliyyə holdinqinin bu günlərdə yayılan analitik məruzəsini də xüsusi qeyd etmək yerinə düşər. Məlumat üçün bildirək ki, Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb. Beləliklə, araşdırmanın sifarişçisi qismində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının çıxış etdiyi sözügedən məruzədə respublikamızın ictimai həyatına, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlara dair önəmli faktlar yer alıb.
Respublikada aparılan islahatlar perspektiv inkişaf üçün fundamental əsaslar formalaşdırıb
Yeri gəlmişkən, Azərbaycanın uğurlarını şərtləndirən əsas amil ondan ibarətdir ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə daim gələcək inkişafa və rifaha hesablanan düşünülmüş, məqsədyönlü siyasət həyata keçirilir. Bu baxımdan son 14 ildə dövlət başçısının siyasi iradəsi əsasında neft gəlirlərindən səmərəli istifadə edilməsinin və prioritet istiqamətlərə yönəldilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Zamanında müvafiq siyasi və maddi dəstək tədbirləri hesabına qeyri-neft sektorunun inkişafı üçün fundamental əsaslar yaradılması yeni şəraitdə milli iqtisadiyyatımızın qlobal şoklara müqavimət gücünü artırır.
Eyni zamanda, xarici mənfi amillərin təsiri nəticəsində yaranan şəraitdə respublikanın yeni inkişaf hədəfləri müəyyənləşdirilib. Neftin aşağı qiymətləri dönəmində milli iqtisadiyyatımızda böhran meyillərinin uğurla dəf olunması və neftdənkənar sahələrin üstün inkişafının təmin edilməsi baxımından Prezident İlham Əliyevin yaranan yeni çağırışlara və ölkənin reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar, imzaladığı müvafiq Fərman və sərəncamlara əsasən ayrı-ayrı istiqamətlər üzrə həyata keçirilən islahatlar böyük aktuallıq daşıyır. İnstitusional sahə, biznes mühitinin daha da optimallaşdırılması, şəffaflığın artırılması, daxili istehsalın qorunması, ixracın və investisiyaların təşviqi də daxil olmaqla müxtəlif istiqamətləri əhatə edən islahatlar, o cümlədən Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb. Bütövlükdə, ölkədə həyata keçirilən islahatlar perspektiv inkişaf üçün fundamental əsaslar yaradıb.
Əldə olunan uğurlar vətəndaşların hökumətə güclü inamını şərtləndirir
Azərbaycan iqtidarının həyata keçirdiyi siyasət ilk növbədə özünün praqmatikliyi və xəlqi mahiyyəti ilə fərqlənir. Məlumdur ki, Prezident İlham Əliyev mütəmadi qaydada ölkənin regionlarına səfərlərə gedir, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirir və həlli vacib olan məsələlərlə yerindəcə tanış olur. Bu qəbildən olan səfərlər və görüşlər izsiz ötüşmür. Belə ki, görüşlərdə ictimaiyyət nümayəndələrinin qaldırdıqları məsələlər, başqa sözlə desək, cəmiyyətin sosial sifarişləri sonradan dövlərin sosial-iqtisadi inkişaf siyasətində, müxtəlif istiqamətlər üzrə qəbul edilən Dövlət proqramlarında mütləq nəzərə alınır. Bir tərəfdən, ardıcıllıqla həyata keçirilən islahatlar, digər tərəfdən də, dövlət siyasətinin cəmiyyətdən gələn təkliflər əsasında formalaşdırılması ölkənin uğurlu inkişafı üçün son dərəcə əlverişli platforma qismində çıxış edir.
Bütün bu sadalananların fonunda vurğulamaq yerinə düşər ki, ötən illərdə olduğu kimi, Azərbaycan 2017-ci ilin 9 ayını da müsbət sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurub. Ölkədə qeyri-neft iqtisadiyyatı 2,5 faiz artıb. Ən yaxşı göstəricilərdən biri 3,1 faiz olmaqla qeyri-neft sənayesində və 2,8 faiz olmaqla aqrar sektorda qeydə alınıb. Ötən 9 ayda respublikamızın strateji valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb.
Qeyd olunan statistik göstəricilər qlobal miqyasda yaşanan çətinliklərə baxmayaraq, Azərbaycanda inkişaf üçün münbit zəmin olduğuna dəlalət edir. Respublikamızın sadalanan uğurları dünyadakı mənzərə ilə müqayisədə kəskin təzad təşkil edir və istənilən ölkə bu göstəriciləri arzulaya bilər.
Yeri gəlmişkən, sözügedən araşdırma zamanı həmçinin Azərbaycandakı iqtisadi vəziyyət də təhlil olunub. Ölkədə 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır. Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edirlər.
Bütün bunlar isə onu deməyə əsas verir ki, ölkəmizin bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə də uğurlar qazanmasının təməlində Azərbaycan iqtidarının düşünülmüş məqsədyönlü siyasəti dayanır. Öz növbəsində reallaşdırılan siyasət vətəndaşlarda hökumətə münasibətdə güclü inamın formalaşmasını şərtləndirir. Yuxarıda bəhs olunan məruzədə də respublikamız üçün xarakterik olan bu cəhət xüsusi olaraq vurğulanıb. Sənəddə göstərilir ki, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir.
Ölkə vətəndaşları respublikanın və özlərinin şəxsi həyatlarının gələcəyinə nikbinliklə baxırlar
Məlum olduğu kimi, hazırda qlobal miqyasda xüsusi narahatlıq yaradan trendlərdən biri sosial sfera ilə bağlıdır. Ayrı-ayrı ölkələrdə mövcud olan “dağıdıcı bərabərsizlik” insanların həyat səviyyəsinə mənfi təsir göstərir. Bu baxımdan Azərbaycanın mənzərəsi tamam fərqlidir. Davamlı sabitliyi ilə fərqlənən Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə reallaşdırılan siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir, o cümlədən genişmiqyaslı sosial infrastruktur quruculuğu siyasəti reallaşdırılır.
Azərbaycanın yeni şəraitdə də vətəndaşların mənafeyinə yönələn sosial siyasət həyata keçirməsi bəhs olunan analitik məruzədə də xususi vurğulanıb. Sənəddə bildirilir ki, respublikamızda ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.
Bir sözlə, Azərbaycan iqtidarının ardıcıllıqla həyata keçirdiyi sosial siyasət ölkə vətəndaşlarında böyük məmnunluq hissi yaradır. Hərtərəfli qayğı ilə əhatə olunan insanlar həm respublikanın, həm də özlərinin şəxsi həyatlarının sabahına dərin inam bəsləyirlər. Məruzəyə əsasən, vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
30 Oktyabr 11:16
Sosial
30 Oktyabr 10:58
Siyasət
30 Oktyabr 10:30
Analitik
30 Oktyabr 10:16
İqtisadiyyat
30 Oktyabr 09:52
Ədəbiyyat
30 Oktyabr 09:37
Analitik
30 Oktyabr 09:13
Sosial
30 Oktyabr 08:59
MEDİA
30 Oktyabr 08:24
Gündəm
30 Oktyabr 07:49
Sosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
Gündəm
29 Oktyabr 20:49
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14

