Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Azərbaycanı müstəqil dövlət kimi qoruyub saxlayan, inkişaf etdirən Ümummilli lider Heydər Əliyev olub

Azərbaycanı müstəqil dövlət kimi qoruyub saxlayan, inkişaf etdirən Ümummilli lider Heydər Əliyev olub

23.05.2009 [10:52]

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirovun “Yeni Azərbaycan” qəzetinə müsahibəsi
Müstəqillik əldə etdikdən sonra Azərbaycanın yaxşı əlaqələr qurduğu ölkələrdən biri də Tacikistandır. Prezident İlham Əliyevin Tacikistana, Tacikistan dövlət başçısı İmoməli Rəhmonun isə ölkəmizə səfər etməsi qarşılıqlı əlaqələrin möhkəmlənməsinə və inkişafına təkan verib...
Tacikistan, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini tam dəstəkləyir. Vətəndaş müharibəsindən sonra dağılmış infrastrukturunu yenidən bərpa edən Tacikistan Azərbaycanla olan münasibətlərinə xüsusi önəm verir. Düşənbə ölkədə reallaşdırılan layihələrdə Azərbaycan investisiyasını görmək istəyir...
Bütün bu məsələlərlə bağlı redaksiyamızın qonağı olan Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zokir Vəzirovun fikirlərini öyrənməyə çalışdıq:
- Azərbaycanla Tacikistanı bir sıra ümumi məsələlər birləşdirir. Bura həm tarixi, həm dini, həm mədəni, həm də digər vacib elementlər daxildir. Cənab səfir, siz iki ölkə arasındakı ümumiliyi necə səciyyələndirirsiniz?
- öncə məni Azərbaycanın hakim partiyası Yeni Azərbaycan Partiyasının mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetinin redaksiyasına dəvət etdiyinizə görə sizlərə təşəkkürümü bildirirəm. Əlbəttə, azərbaycanlıların Tacikistan haqqında dediyi xoş sözləri də eşitmək mənim üçün sevindirici haldır.
Məlumdur ki, Azərbaycanla Tacikistanı birləşdirən bir çox dəyərlər var. Böyük şair Nizami öz oğlu haqqında yazdığı şeirdə deyirdi:
Sən 7 yaşın olanda, müdafiəyə ehtiyacı olan gül kimi idin,
İndi 14 yaşındasan və sən həddi-buluğa çatmış ərsən,
öyrən, hər gün öyrən ki, elmə, biliyə yiyələnəsən...
Bununla demək istəyirəm ki, bizim ümumi ustadımız, xalqlarımızın təfəkkürünü formalaşdıran ümumi ideyalar var. Müxtəlif imperiyalar tərkibində olarkən də Tacikistan və Azərbaycanı birləşdirən ümumi cəhətlər mövcud olub. Bu, həm tarixi, həm də dini amillərlə ehtiva olunur. Amma, təəssüflər olsun ki, SSRİ dağıldıqda Tacikistan və Azərbaycan da acı hadisələr yaşandı. Tacikistan vətəndaş müharibəsi zamanı insan, Azərbaycanın isə Ermənistanın təcavüzü nəticəsində insan və ərazi itkisinə məruz qaldı. Vətəndaş müharibəsi zamanı biz 200 000-dən artıq həmvətənimizi itirdik. Əlbəttə, Tacikistanda bir-biri ilə vuruşan taciklər deyildi. Döyüşən Tacikistanı müstəqil, inkişaf edən ölkə kimi görmək istəməyən xarici qüvvələrin silahlıları idi. Təsəvvür edin, vətəndaş müharibəsi zamanı Tacikistanda, şəhərlər yandırılmışdı, ölkənin vacib infrastruktur sahələri, məktəblər, səhiyyə ocaqları, demək olar ki, tamamilə dağıdılmışdı.
Bəli, Azərbaycanı müstəqil dövlət kimi qoruyub saxlayan, inkişaf etdirən ümummilli lider Heydər Əliyev olub. Tacikistanda isə bu missiyanı İmoməli Rəhmon həyata keçirib. Bu gün Tacikistanda həyat səviyyəsi getdikcə yüksəlir. Bu isə onunla bağlıdır ki, biz vətəndaş müharibəsi zamanı ölkəmizə dəyən zərəri tezliklə aradan qaldırmaq üçün bütün gücümüzü ortaya qoymuşuq. ölkəmizə səfər edən nümayəndələr də müşahidə edirlər ki, bu gün Tacikistanda əmin-amanlıqdır, ölkədə inkişaf tendensiyasi var. Xalqımız dövlətimizin Prezidenti ətrafında sıx birləşərək vətəndaş müharibəsi zamanı dağıdılmış infrastrukturu yenidən qurur. Biz bu gün, çoxlarının xoşuna gəlməsə də, iqtisadi və enerji təhlükəsizliyimizi, müstəqilliyimizi təmin etmək istiqamətində səylə çalışırıq.
Təbii ki, bu gün bir çox qüvvələr Azərbaycanı bu qədər inkişaf etmiş, irəli getmiş dövlət kimi görmək istəmir. Bir diplomatik kimi deyə bilərəm ki, Tacikistanla Azərbaycan arasında bu məsələdə də ümumiliklər var.
- Azərbaycanla Tacikistan arasındakı əlaqələrə toxunmaq istərdik. Siz bu münasibətləri necə dəyərləndirirsiniz?
- Biz Azərbaycanla olan əlaqələrimizi yüksək dəyərləndiririk. çox sevindirici haldır ki, bu gün Tacikistanla Azərbaycan arasında çox yaxşı əlaqələr qurulub. Azərbaycan Tacikistan üçün xarici ticarət sahəsində vacib tərəfdaş sayılır. Yəni, Tacikistanda ildə istehsal olunan 500 000 ton alüminium xammalını böyük bir hissəsini Azərbaycan alır. Həmçinin, biz Azərbaycandan aliminiumun istehsalında vacib komponent olan 150 000 ton neft koksu alırıq. Eyni zamanda, məhsul istehsalı ilə əlaqədar olaraq burada infarstruktur qururuq.
Digər tərəfdən, həm sənaye, həm də kənd təsərrüfatı sahəsinin inkişafı ilə əlaqədar olaraq, ölkəmizə investisiya cəlb edirik. Biz hətta biznes-plan da müəyyənləşdirmişik. İstəyirik ki, Azərbaycan da ölkəmizin enerji infrastrukturunun qurulmasında iştirak etsin.
ümumiyyətlə, Azərbaycanla Tacikistan arasındakı əlaqələr yüksək səviyyədə qurulub və qarşılıqlı anlaşmadan irəli gələn əməkdaşlığın mərhələlər üzrə həyata keçirilməsi prosesi sürətlə gedir. Tacikistanla Azərbaycan arasında mədəni əlaqələr də yüksək səviyyədədir. Azərbaycanda Tacikistan, Tacikistanda isə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi buna bariz nümunədir. Hazırda isə elm sahəsində ikitərəfli əlaqələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi üzrə işlər gedir. Məlumat üçün bildirim ki, bu gün Tacikistanda çalışan 300 elmi işçi vaxtilə Bakıda dissertasiya müdafiə ediblər. Tacikistanla Azərbaycan arasında, eyni zamanda, bu gün bütün sahələrdə əməkdaşlıq qurulub və hər iki tərəf buna müsbət yanaşır.
İki ölkənin əmək qüvvələrinin mübadiləsini aparmaq istiqamətində də təkliflər var. Bu işlə əlaqədar olaraq iyun ayında Tacikistan Azərbaycan tərəfinə müxtəlif sahələrdə çalışmaq üçün müəyyənləşdirilmiş işçi qüvvəsinin kvotasını təqdim edəcək. Digər tərəfdən, istəyirik ki, bizim tələbələr Azərbaycanın ali təhsil ocaqlarında, xüsusilə, hüquq-mühafizə sahəsində bilik və təcrübələrini artırsınlar.
Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Tacikistanla Azərbaycan arasında perspektivi olan münasibətlər qurulub.
- Bildiyiniz kimi, ümummili liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Tacikistanda elmi-praktik konfrans keçirilib. Azərbaycanın nümayəndə heyəti də bu konfranslarda iştirak edib. Konfranslarda ulu öndər Heydər Əliyevin Azərbaycan və bütövlükdə region xalqları üçün gördüyü işlərdən danışılıb və Onun fəaliyyəti yüksək qiymətləndirilib. Cənab səfir, sizin ümummilli lider Heydər Əliyev haqqında olan fikirlərinizi bilmək bizim üçün maraqlıdır...
- Heydər Əliyev həqiqətən Azərbaycan xalqı və dövləti üçün böyük işlər görüb. Dahi siyasətçi 90-cı illərdə ölkəni dağılmaqdan, böhrandan çıxararaq inkişaf yoluna gətirdi. Onun əsasında qoyduğu strategiyanın bu gün cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi Azərbaycanı birincilər sırasına çıxarıb. Qeyd edim ki, Heydər Əliyev təkcə Azərbaycana deyil, eyni zamanda, Mərkəzi Asiya ölkələrinə də böyük töhfələr verib.
Mən Moskvada doktoranturada oxuyurdum və ölkədəki siyasi proseslərlə maraqlanırdım. Həmin illərdə müsəlman Heydər Əliyevin Siyasi Büroda olması ilə fəxr edirdim.
Bir gün elmi rəhbərimlə birgə Heydər Əliyevin həyat yoldaşının yas mərasiminə getdik. Orada mən yas mərasimində Quran da oxudum. Heydər Əliyevlə ilk tanışlığım məhz belə oldu. Bir müddət keçdikdən sonra eşitdim ki, SSRİ Nazirlər Sovetindən məni axtarırlar. Sonradan bəlli oldu ki, Heydər Əliyev mənə Moskvadan ikiotaqlı mənzil verib.
Bu gün də həmin mənzil bizə aiddir.
Heydər Əliyev dahi siyasətçi, böyük strateq və xalqına müdrik ata olmuşdur.
- Tacikistan vətəndaş müharibəsi görüb, böyük faciələr yaşayıb. Bu baxımdan, Tacikistan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsindən nə qədər əziyyət çəkdiyini başa düşür. Ermənistanın ölkəmizə təcavüzü nəticəsində bu gün Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. 20 faiz torpaqlarımız düşmən tapdağı altındadır. Biz bir daha Tacikistanın bu münaqişənin həllində tutduğu rəsmi mövqeyi bilmək istərdik...
- Beynəlxalq səviyyədə biz hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi üçün tam hüququ vardır. Tacikistanın Prezidenti Azərbaycanı beynəlxalq məsələlərdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və ədalətli şəkildə, yəni, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tam dəstəkləyir.
- Müsahibəyə görə təşəkkür edirik.
- Mən də bir daha dəvətə və səmimi söhbətə görə minnətdarlığımı bildirirəm.
Ramil VƏLİBƏYOV

Paylaş:
Baxılıb: 1339 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Laçına gedən yolda...

25 Oktyabr 11:30  

Siyasət

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Dünya

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Oktyabr 08:25  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31