Azərbaycan müxtəlif beynəlxalq maraqların uzlaşdığı əməkdaşlıq və dialoq məkanıdır
17.08.2013 [13:37]
İtaliya və Rusiyanın dövlət başçılarının ölkəmizə səfər etməsi, həmçinin, Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının keçirilməsi fərqli qütbləri təmsil edən güc mərkəzlərinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini göstərir
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal tərəfdaşa çevrilməkdədir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir.
Başqa sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan milli dövlətə çevrilib. Əlbəttə ki, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində əhəmiyyətli rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm faktorlar qismində çıxış edir.
Bir məqama xüsusi diqqət yetirmək gərəkdir ki, son zamanlar ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünya siyasətində əhəmiyyətli təsir və tənzimetmə mexanizminə sahib olan dövlət rəsmilərinin Azərbaycana səfər etməsi, qarşılıqlı-faydalı əməkdaşlığa dair mühüm anlaşmaların əldə edilməsi onu göstərir ki, Azərbaycan müxtəlif beynəlxalq maraqların uzlaşdığı əməkdaşlıq və dialoq məkanıdır. Bu tezisi əsaslandırmaq üçün bir neçə fakta toxunmaq kifayət edir. Belə ki, öncə cari ilin avqust ayının 11-də İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycan Respublikasına rəsmi səfərə gəlməsi, onun ardınca avqust ayının 13-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkəmizə səfər etməsi, nəhayət, ölkəmizdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının keçirilməsi Azərbaycanın beynəlxalq aləmin diqqət mərkəzində olduğunu və fərqli qütbləri təmsil edən güc mərkəzlərinin Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini göstərir.
Onu da vurğulamaq gərəkdir ki, bütün bunlar Azərbaycanın perspektivdə də beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi çıxış etməsini şərtləndirəcək faktorlar kimi səciyyələndirilməlidir. Ümumiyyətlə, bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi ilk növbədə milli dövlətlər üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir.
Onu da qeyd etmək lazımdır ki, mütərəqqi xarici siyasət kursu sayəsində Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Məhz bunun da qanunauyğun nəticəsidir ki, bu gün müstəqil Azərbaycan Respublikasının həyata keçirdiyi xarici siyasət kursu, xalqımızın daşıyıcısı olduğu dəyərlər sistemi Şərqlə Qərb arasında dialoq və inteqrasiyaya mühüm töhfələr bəxş edir. Həmçinin, ölkəmizin iştirakı ilə milli dövlətlər arasındakı əməkdaşlığın və sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verən strateji layihələr reallaşdırılır, mötəbər beynəlxalq tədbirlər baş tutur. Ən əhəmiyyətlisi isə odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Bir sözlə, Azərbaycan beynəlxalq münasibətlər sisteminin lokomotiv aktorları olan güc mərkəzlərinin əməkdaşlığa can atdığı ölkə və strateji maraqların uzlaşdığı məkan kimi çıxış edir.
NURLAN QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

