Daxili işlər orqanları şəxsi heyətinin 40 faizini gənclər təşkil edir
15.03.2014 [10:36]
Martın 14-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı keçirilən test imtahanlarında yüksək nəticələr qazanmış gənclərlə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tədbirdə daxili işlər naziri qalibləri təbrik edərək son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük nailiyyətlərin qazanıldığını, dövlətimizin başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin məhz yüksək intellektə, müasir dünyagörüşünə malik, bacarıqlı, dövlətçiliyə sadiq vətənpərvər gənclərdən asılı olduğunun dəfələrlə vurğuladığını bildirib. Ölkə rəhbərliyinin gənclərə daim böyük diqqət və qayğı göstərdiyini xatırladan nazir yüksək mənəviyyatlı, işgüzar və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilmələri üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, qaydalara əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha çox bal toplamış 63, o cümlədən 26-sı ali hüquq, 37-si ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxıb. R.Usubov test üsulu ilə müsabiqənin keçirilməyə başlandığı 2006-cı ildən indiyədək 555 nəfərin bu yolla daxili işlər orqanlarında zabit vəzifələrinə təyin edildiyini, ümumiyyətlə isə şəxsi heyətin 40 faizinin məhz gənclərdən ibarət olduğunu vurğulayıb.
Sonda nazir, general-polkovnik Ramil Usubov “polis leytenantı” xüsusi rütbəsinin poqonlarını müsabiqənin qaliblərinə təqdim edərək həyatlarında ən əlamətdar günlərdən biri - zabit vəzifələrinə təyin olunmaları münasibətilə təbriklərini çatdırıb, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, polis adını daim uca tutmağı, insan hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə daim xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

