/ / Elmar Məmmədyarov: Avropa İttifaqı ilə əməkdaşlıq Bakının Moskva ilə münasibətlərinə təsir göstərməyəcək
Elmar Məmmədyarov: Avropa İttifaqı ilə əməkdaşlıq Bakının Moskva ilə münasibətlərinə təsir göstərməyəcək
15.02.2018 [10:44]
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq sazişi üzərində aparılan iş, bu sazişin Rusiya ilə münasibətlərə mümkün təsiri barədə “RİA Novosti” agentliyinin suallarını cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab nazir, siz Azərbaycan ilə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında yeni sazişin hazırlanmasında irəliləyişi necə qiymətləndirirsiniz? Hansı maneələr var, danışıqlar prosesində ən mürəkkəb məqam nədən ibarətdir?
- Saziş layihəsinə dair danışıqlar konstruktiv məcrada və qarşılıqlı anlaşma əsasında davam edir. Sənədin hazırlanması prosesində ciddi maneə yoxdur.
Ticarət məsələlərinə dair baxışlarda müəyyən fikir ayrılıqları var. Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmadığına görə tariflər və subsidiyalar məsələsində bəzi fikir ayrılıqları mövcuddur. Lakin müzakirələr prosesində biz qarşılıqlı anlaşma əsasında ortaq nöqtələri tapmağa çalışırıq.
- Bu sazişə dair danışıqların növbəti raundu nə vaxt gözlənilir? Müddətlər barədə proqnozlar necədir, bu müqavilənin tamamlanması, paraflanması və qüvvəyə minməsi müddətləri məlumdurmu?
- Danışıqların növbəti raundu 2018-ci ilin birinci rübünün sonuna və ya ikinci rübün əvvəlinə planlaşdırılır.
- Bakının bu sazişdə təsbit etməyə çalışdığı ən mühüm elementlər hansılardır?
- Sazişin bütün elementləri eyni dərəcədə əhəmiyyətlidir. Biz hesab edirik ki, bu sənəd Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hərtərəfli inkişafı üçün mühüm çərçivə sənədi rolu oynayacaq. Sənəddə siyasi, iqtisadi, ticari, energetika, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın perspektivləri nəzərdə tutulur.
- Ölkənizlə Avropa İttifaqı arasında yeni saziş Bakı ilə Moskvanın münasibətlərinə təsir göstərə bilərmi?
- Azərbaycan öz qonşuları ilə, xüsusən Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verir. Siyasi, iqtisadi, ticari münasibətlər, humanitar və digər sahələrdə Rusiya ilə əməkdaşlığın inkişafında əldə edilmiş sanballı nəticələr bütövlükdə bizi qane edir.
Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq da qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Avropa İttifaqı ilə münasibətlərin inkişafına böyük diqqət yetirilir. Azərbaycan-Rusiya və Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif müstəvilərdə inkişaf etməsinə baxmayaraq, bu münasibətlər, ilk növbədə, xalqlarımızın rifahına xidmət göstərir.
- Siz bu fikirlə razısınızmı ki, “Şərq tərəfdaşlığı” Aİ ilə Rusiya arasında ayırıcı amilə çevrilməməlidir. İndiki vaxtda bunun üçün ilkin şərait varmı?
- Biz əməkdaşlıq layihələrində öz iştirakımızı eksklüziv deyil, inklüziv tərkib hissə kimi görürük. Yəni hər hansı tərəfdaşlıq layihəsində bizim iştirakımız başqa tərəfdaşların maraqlarına zidd ola bilməz, bizim belə məqsədimiz və ya niyyətimiz yoxdur.
Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq Aİ ilə Azərbaycanın münasibətlərinə təsir göstərmədiyi kimi, Avropa İttifaqı ilə bizim münasibətlərimiz də strateji tərkib hissəsinə malik olan Azərbaycan-Rusiya dostluq münasibətlərinə təsir göstərməyəcək.
- Cənab nazir, sizin fikrinizcə, Şengen zonası ilə Azərbaycan arasında vizasız rejim mümkündürmü? Sizcə, bu məsələ hansı zaman perspektivində həll edilə bilər?
- Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında bu məsələ sadələşdirilmiş viza rejimi və readmissiya barədə sazişlə tənzimlənir. Hesab edirik ki, bu saziş çərçivəsində əldə edilmiş nailiyyətlər viza rejiminin liberallaşdırılması işində əməkdaşlıq üçün imkanlar yaradacaq.
- Dağlıq Qarabağ məsələsinə dair üçtərəfli formatda, yəni Rusiya Federasiyası, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşlər gözlənilirmi?
- Hələlik bu formatda üçtərəfli görüşün təşkil edilməsi planlaşdırılmır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

