/ / Azərbaycanın Qazaxıstandakı səfirliyində Diplomatiya Məktəbinin dinləyiciləri ilə görüş keçirilib
Azərbaycanın Qazaxıstandakı səfirliyində Diplomatiya Məktəbinin dinləyiciləri ilə görüş keçirilib
03.03.2018 [01:14]
Azərbaycanın Qazaxıstandakı səfirliyində bu ölkənin İşgüzar Şurası Təşkilatının nəzdində olan Diplomatiya Məktəbinin dinləyiciləri ilə görüş keçirilib.
Əvvəlcə səfirliyin foyesində bəşər tarixində törədilmiş beş ən dəhşətli soyqırımları olan Aşarşılık, Holokost, Komboca, Xocalı, Ruanda soyqırımları ilə bağlı fotosərgiyə baxış olub.
Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov gənc diplomatlar qarşısında məruzə ilə çıxış edib, ölkəmiz haqqında geniş məlumat verib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan diplomat bildirib ki, BMT-nin qətnamələrinə və digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, təcavüzkar Ermənistan öz ordusunu işğal etdiyi Azərbaycan torpaqlarından hələ də çıxarmaq istəmir.
Rəşad Məmmədov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan bu gün bir çox dövlətlərə böyük həcmdə sərmayələr yatırır. Özəl şirkətlərimiz dünyanın müxtəlif bölgələrində uğurla fəaliyyət göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Səfir Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə son 14 ildə həyata keçirilən layihələr barədə dinləyicilərə geniş məlumat verib.
Görüşdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri barədə tələbələrə ətraflı məlumat verilib. “Cənub Qaz Dəhlizi” layihəsindən danışılarkən “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP barədə məlumatlar da dinləyicilərin diqqətinə çatdırılıb.
Qeyd edilib ki, Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Ölkəmizdə multikultural dəyərlərin qorunduğunu qeyd edən səfir Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən də bəhs edib.
Sonra Azərbaycan haqqında film göstərilib, dinləyicilərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

