/ / “Jewish Journal” nəşri: Azərbaycanda ABŞ-dan bir il, Qərbi Avropanın bir çox ölkələrindən isə on illər əvvəl qadınlara seçki hüququ verilib
“Jewish Journal” nəşri: Azərbaycanda ABŞ-dan bir il, Qərbi Avropanın bir çox ölkələrindən isə on illər əvvəl qadınlara seçki hüququ verilib
10.03.2018 [01:01]
Amerikanın “Jewish Journal” nəşri möcüzə nəticəsində sağ qalmış Xocalı qətliamının şahidi Dürdanə Ağayevanın Beynəlxalq Qadınlar Gününə və Azərbaycanda qadın hüquqlarına, qadınlara yaradılan imkanlara həsr olunan məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, müəllif məqaləsində Azərbaycanda hələ 1919-cu ildə, ABŞ-dan bir il, Qərbi Avropanın bir çox ölkələrindən isə on illər əvvəl qadınlara seçki hüququnun verilməsindən, müsəlman Şərqində ilk parlamentli respublika olmasından yazır.
D.Ağayeva bildirir ki, qadınların hüquqlarının qorunması ilə bağlı Azərbaycanda bir sıra qanunlar qəbul olunub. Məsələn, 1993-cü ildə ölkə Konstitusiyasına kişi və qadın arasında tam bərabərliyə təminat verən, nikahda kişi və qadına bərabər hüquq verən 25-ci və 34-cü maddələr əlavə edilib. 2006-cı ildə Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul olunub.
Dünyada qızlar üçün ilk müsəlman məktəbi 1901-ci ildə məhz Bakıda açılıb. Bu gün Azərbaycanda elmlər doktorlarının 50 faizindən çoxunu qadınlar təşkil edir. Məhkəmə orqanlarında xeyli hakim qadın çalışır. Onların arasında olan yəhudi icmasının nümayəndəsi Tatyana Qoldman Azərbaycan Ali Məhkəməsində xidmət edir. Qanunvericilik orqanları da bu münasibətdə geri qalmır: 125 deputatdan ibarət Azərbaycan parlamentində 21 qadın deputat, o cümlədən Milli Məclis sədrinin müavini Bahar Muradova fəaliyyət göstərir. Təkcə Azərbaycan Xarici İşlər Nazirliyində əməkdaşların 52 faizi, o cümlədən iki səfir (İsveçrə və Bolqarıstanda) və Avstraliyada fəxri konsul qadınlardır.
Müəllif yazır ki, Azərbaycanı təmsil edən qadınlardan çox gözəl nümunələr göstərmək olar. Sadəcə olaraq, ölkənin iki məşhur qadınına - Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya və dünyanın ən novator pilot-qadınlarından biri Leyla Məmmədbəyovaya diqqət yetirmək Azərbaycan haqqında çox şeyi öyrənməyə kifayət edər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün xeyirxahlığı, UNESCO-nun xoşməramlı səfiri qismində Azərbaycanda və ölkədən kənarda davamlı humanitar fəaliyyəti, həmçinin səhiyyə, qadın və uşaqların inkişafı və bir çox digər sahələrdə maarifləndirmə işləri ilə tanınır.
Altı övlad anası olan Leyla Məmmədbəyovaya isə “Səmalar sahibəsi” təxəllüsü verilib. O, özünün cəsurluğu və pilot kimi gözəl nailiyyətləri ilə məşhur olub.
Məqaləsinin sonunda D.Ağayeva “Azərbaycanın Şekspiri” adlandırılan Hüseyn Cavidin qadın haqqında dediklərini misal gətirir: “Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır. Qadın əlilə fəqət bəxtiyar olur bu cahan... Bəşəriyyət qadınla yüksələcək”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

