Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Azərbaycanlıların soyqırımı ilə bağlı əsərlər daha çox beynəlxalq auditoriyaya təqdim olunmalıdır

Siyavuş Novruzov: Azərbaycanlıların soyqırımı ilə bağlı əsərlər daha çox beynəlxalq auditoriyaya təqdim olunmalıdır

31.03.2018 [09:55]

“Azərbaycanlılara qarşı törədilən soyqırımlar haqqında indiyə qədər yüzlərlə elmi əsərlər, kitablar nəşr olunub. Hesab edirəm ki, bu tarixi əsərlər, soyqırımı ilə bağlı sənədlər daha çox beynəlxalq auditoriyaya təqdim olunmalıdır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin martın 30-da keçirilən xüsusi iclasında bildirib.
“Bu sənədlər xarici dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Həmin sənədləri tərcümə edib internetdə yerləşdirmək lazımdır ki, hər kəs oxusun.Təklif edərdim ki, Milli Məclisin bəyanatı da müxtəlif dillərə tərcümə olunsun və xarici ölkələrin parlamentlərinə göndərilsin. Həmçinin bu məlumatlar müxtəlif yerli və xaricdə fəaliyyət göstərən saytlarda yerləşdirilsin”, - deyə S.Novruzov vurğulayıb.

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Diqqət Ukraynaya...

18 İyun 11:25  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30