Elçin Mirzəbəyli: Ermənistanda hakimiyyətin Qarabağ üzərindən yürütdüyü siyasət iflasa uğrayıb
24.04.2018 [09:27]
Ermənistanda baş verən hadisələr ölkənin siyasi həyatına hələ uzun müddət öz təsirini göstərəcək. Serj Sarkisyanın istefası ilə Ermənistan daxilindəki bütün ziddiyyətlərin aradan qalxdığını söyləmək doğru olmazdı. Çünki aksiyalarda kütləviliyi təşkil edən amillərdən biri və bəlkə də birincisi Serj Sarkisyan başda olmaqla Qarabağ klanının ölkəni acınacaqlı duruma salması, insanların iqtisadi və sosial fəlakətlə qarşı-qarşıya qalması və bununla yanaşı, gələcəyə hər hansı bir ümidin olmaması ilə bağlı idi.
Bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, aksiyaların keçirildiyi dövrdə Sarkisyan və komandasının KİV-lərə ötürdüyü təxribat xarakterli məlumatlar, Qarabağ üzərindən manipulyasiyaların davam etdirilməsi, xarici düşmən faktoru müstəvisində həmrəyliyə çağırış elementləri heç bir effekt vermədi. Bütün bunlar sübut etdi ki, Ermənistanda hakimiyyətin Qarabağ üzərindən yürütdüyü və yürüdəcəyi siyasət iflasa uğrayıb, bundan sonra qeyd olunan istiqamətdə aparılan təbliğat cəmiyyət tərəfindən, ümumiyyətlə, qəbul olunmayacaq. Sarkisyanın hakimiyyətdən getməsi ilə işğalçı ölkəyə ənənəvi təsir imkanlarına malik olan xarici qüvvələrin imkanları məhdudlaşmayacaq, çünki Ermənistanda hələ də başqa dövlətin hərbi bazası var, Ermənistanın sərhədlərini xarici ölkənin hərbçiləri qoruyurlar, işğalçı ölkənin enerji, nəqliyyat və digər həyati əhəmiyyətli sahələrinin idarəçiliyi xarici qüvvələrin əlindədir.
Ermənistanda hakimiyyətə gələn qüvvələrin, ilk növbədə, ölkənin sosial-iqtisadi fəlakətdən xilas olması üçün qismən də olsa yumşaq mövqe tutmaq məcburiyyətində qalacağını deyən müsahibimiz vurğulayıb ki, əks təqdirdə onları da Sarkisyanın aqibəti gözləyəcək, çünki Ermənistan tarixində ilk dəfədir ki, siyasi hakimiyyət kütləvi etiraz aksiyaları ilə istefaya məcbur edilib. Bu isə Ermənistan cəmiyyətində insanların siyasi hakimiyyətə təsir etmək, prosesləri istiqamətləndirmək gücünə malik olduqları barədə təsəvvürlər formalaşdırıb.
Elçin Mirzəbəyli hesab edir ki, bu təsəvvürləri qısa müddət ərzində alt-üst etmək, yaxud unutdurmaq mümkün olmayacaq, eyforiya hələ bir müddət davam edəcək. “Ermənistanda Qarabağ klanının ciddi məğlubiyyətə düçar olması danışıqlar prosesinə birbaşa deyil, dolayısı ilə təsir göstərə bilər”, - deyən siyasi ekspert bildirib ki, bütün hallarda Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin Ermənistandakı hakimiyyət dəyişikliyi ilə hər hansı bir formada əlaqələndirilməsinə qarşıdır. O qeyd edib ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə və xalqımıza qarşı soyqırımı həyata keçirən cinayətkarların ədalət məhkəməsi qarşısına çıxarılacağına qətiyyən şübhə etmir. Şübhəsiz ki, bu istiqamətdə hüquqi prosedurların həyata keçirilməsi bizim üzərimizə düşür. Ermənilər isə öz gələcəklərini düşünsələr, bir xalq olaraq bu bölgədə təhlükəsiz və rifah içində yaşamaq perspektivlərinin olduğunu qavrasalar, qəsb etdikləri torpaqlardan da, onları on illərlə məhrumiyyət içərisində saxlayan cinayətkarlardan da imtina edərlər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

