/ / Hikmət Babaoğlu: Serj Sarkisyanın hakimiyyətdən qovulması hərbi xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi
Hikmət Babaoğlu: Serj Sarkisyanın hakimiyyətdən qovulması hərbi xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi
25.04.2018 [09:01]
Qatil Sarkisyanın hakimiyyətdən qovulması hərbi xunta rejiminin həyata keçirdiyi siyasətin məntiqi sonluğu idi. Ancaq məsələ bununla bitməyəcək. Serj Sarkisyan və onun quldur dəstəsi illərdir diktatura rejimi quraraq Ermənistanın bütün resurslarını istismar edirdi. Minlərlə etirazçı bunun hesabatını tələb edəcək. Hazırda Ermənistanda yaratdıqları sistemli korrupsiya maşını hesabına təkcə büdcəni deyil, hətta erməni diasporu tərəfindən göndərilən ianələri belə mənimsəyən soyğunçu oliqarxiya Sarkisyanla bərabər hazırlıqsız yaxalanıb və ölkədən qaçmaq üçün yollar axtarırlar. Ancaq bu o qədər də sadə məsələ deyil.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, əgər S.Sarkisyan oliqarxiyası əlindəki korrupsiya kapitalını ölkədən çıxararsa, Ermənistanın çox zəif olan iqtisadiyyatı bir daha iflic olar, ona görə də etirazçılar buna yol verməməyə çalışacaqlar.
Deputat bildirib ki, artıq Ermənistanda hamı Dağlıq Qarabağ münaqişəsini siyasi istismar mövzusuna çevirməklə hakimiyyətdə qalmaq siyasətinin mümkünsüzlüyünü dərk edir. Çünki Aprel döyüşlərindən sonra işğalçılıq siyasətinin daimi olacağına inananların sayı hər gün bir az da azalır. Sarkisyan rejiminin hakimiyyətini təmin edən başlıca amil kimi, Ermənistanın daxili auditoriyaya qalib ölkə kimi təqdim edildiyi işğalın daimi olacağı inamı təlqin edilirdi.
O deyib: “Bugünkü reallıq ondan ibarətdir ki, işğalçılıq siyasəti Ermənistanı faktiki blokada vəziyyətinə salıb, sosial-iqtisadi vəziyyət böhran həddindədir, işsizlik, yoxsulluq baş alıb gedir, olduqca ciddi demoqrafik vəziyyət yaranıb, ölkə bütün beynəlxalq və regional layihələrdən kənarda qalıb. Ermənistanın ənənəvi tarixi dostları belə Azərbaycanın çevik və effektiv diplomatiya strategiyası sayəsində ölkəmizin tərəfdaşlarına çevriliblər”.
Baş redaktor bildirib ki, bu cür işğalçılıq siyasəti ilə regionda mövcud olmaq sadəcə mümkünsüz hala gəlib. Hikmət Babaoğlu Sarkisyanın istefasının xilas üçün yeganə çıxış yolu kimi göründüyünü və ermənilərin də bunu dərk etdikləri üçün radikal etiraz yolu tutduqlarını diqqətə çatdırıb.
H.Babaoğlu Sarkisyanın Xocalı soyqırımına görə cəzalandırılması fikrinə də aydınlıq gətirib. O qeyd edib ki, bu cani Avropanın beynəlxalq təşkilatları qarşısında törətdiyi cinayəti etiraf edib. Bu, kifayətdir ki, daim insan hüquqlarından, ədalətdən danışan avropalılar Azərbaycanın tələblərinə obyektiv cavab verib hərbi tribunal qursunlar, Balkanlarda soyqırımı törədən hərbi-siyasi caniləri cəzalandırdıqları kimi, qatil Sarkisyanı da cəzalandırsınlar. “Əlbəttə, Azərbaycan Sarkisyanın beynəlxalq hərbi tribunala cəlb edilməsi üçün əlindən gələni edəcək”, - deyə deputat vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

