/ / Səfir Auqusto Massari: İtaliya Azərbaycanın birgə yaşayış modelini təqdir edir və maraqla izləyir
Səfir Auqusto Massari: İtaliya Azərbaycanın birgə yaşayış modelini təqdir edir və maraqla izləyir
02.06.2018 [10:30]
İtaliyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirildikdən sonra İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari yüksəksəviyyəli ikitərəfli əlaqələrin münasibətlərimizin inkişafının bariz göstəricisi olduğunu vurğulayıb. Ölkəsinin müstəqilliyinin inkişaf tarixindən danışan səfir mədəniyyət sahəsində azərbaycanlıların İtaliyaya olan sevgisindən məmnun qaldıqlarını qeyd edib.
Auqusto Massari ölkəsinin Azərbaycan Xalq Cümhuriyyəti ilə bir əsrə söykənən rəsmi diplomatik münasibətlərinin qurulduğunu göstərən yazışmaları əldə etdiklərini deyib. Qeyd edib ki, bu tarixi sənədlərin bir nüsxəsi bu gün burada nümayiş etdirilir.
O, TAP layihəsinin reallaşdırılmasının ölkələrimizi daha da yaxınlaşdırdığını və gələcəyə qoyulan sərmayə olduğunu vurğulayıb. Bildirib ki, Cənub Qaz Dəhlizi strateji layihədir. Səfir deyib: “İtaliya İpək Yolu üzərində yerləşən, eləcə də Avropa ilə Asiyanı birləşdirən Azərbaycanın coğrafi imkanlarından yaranan şəraiti qiymətləndirmək istəyir. Azərbaycan bu ərazidə sabitliyi nümayiş etdirir. İtaliya Azərbaycanın birgə yaşayış modelini təqdir edir və maraqla izləyir”.
Azərbaycan Hökuməti adından İtaliya xalqını təbrik edən Milli Məclisin sədri Oqtay Əsədov hər iki xalqın dərin köklərə söykənən əlaqələrindən danışıb. Hələ bir əsr əvvəl İtaliyanın diplomatik missiyasının ölkəmizdə fəaliyyətə başladığını xatırladan spiker bildirib ki, hər iki ölkənin dövlət başçıları bu gün İtaliya-Azərbaycan əlaqələrinə böyük önəm verirlər: “Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və mühüm hüquqi təmələ söykənib. Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi əlaqələr yüksək səviyyədədir. İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır”.
Ölkələrimiz arasında energetika sahəsində işbirliyinin uğurla davam etdiyini bildirən spiker İtaliyanın Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən TAP layihəsinə dəstək verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji ehtiyatlarını təmin edən mühüm layihələrdən biridir. Bu gün ölkəmizdə 50-dən çox İtaliya şirkəti fəaliyyət göstərir.
Parlamentlərarası əlaqələrə toxunan Oqtay Əsədov bu münasibətlərin qarşılıqlı səfərlərlə daha da gücləndiyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışan spiker bu işğalın hələ də davam etdiyini söyləyib: “Azərbaycan münaqişəni dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə çalışır. İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk”.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

