/ / Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qazaxıstan nümayəndə heyəti ilə görüşüb
14.06.2018 [09:13]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl akademik Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə Qazaxıstan nümayəndə heyəti üzvlərinin “Tərəqqi” medalı ilə təltif edildiklərini diqqətə çatdırıb və medalları onlara təqdim edib.
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin postsovet məkanında nümunəvi olduğunu qeyd edən Ramiz Mehdiyev Ulu öndər Heydər Əliyev ilə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında həmişə sıx dostluq əlaqələrinin olduğunu, Ümummilli liderin Qazaxıstan dövlətinin başçısının fəaliyyətini daim yüksək qiymətləndirdiyini və Prezident Nursultan Nazarbayevin də Ulu öndər Heydər Əliyevə böyük hörmətlə yanaşdığını deyib.
Qeyd olunub ki, müstəqilliklərini bərpa etdikdən sonra mürəkkəb dövrlər keçən Azərbaycan və Qazaxıstan Heydər Əliyev və Nursultan Nazarbayevin müdrik siyasəti sayəsində çətinlikləri dəf edərək sürətli inkişaf yoluna qədəm qoyub. Diqqətə çatdırılıb ki, bu gün xalqlarımız və dövlətlərimiz arasındakı dostluq və əməkdaşlıq ənənələri prezidentlər İlham Əliyev və Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir. Ötən dövr ərzində dövlətlərimiz arasında 100-dən artıq sənəd imzalanıb, qarşılıqlı sərmayə yatırımları həyata keçirilib. Beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birini daim dəstəkləyir, parlamentlər arasında əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan akademik Ramiz Mehdiyev torpaqlarımızın 20 faizinin hələ də Ermənistanın işğalı altında olduğunu deyib. Prezident Administrasiyasının rəhbəri ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, eyni zamanda, Azərbaycanın torpaqlarını digər yollarla azad etmək kimi suveren hüququnu özündə saxladığını vurğulayıb.
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov Prezident Nursultan Nazarbayevin salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanla bağlı hər şeyə Qazaxıstanda həssaslıqla yanaşıldığını deyən qonaq əsası Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən qoyulan möhkəm dostluq əlaqələrinin bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. O, bir müddət əvvəl Astanada Ulu öndər Heydər Əliyevə həsr edilən kitabın qazax dilində nəşrinin təqdimatının keçirildiyini xatırladıb, bu gün isə Nursultan Nazarbayevin həyat və fəaliyyəti ilə bağlı nəşrin Bakıda təqdim ediləcəyini deyib. Bildirilib ki, hazırda Qazaxıstanda 150 minə yaxın azərbaycanlı yaşayır və onlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar. Qazaxıstan nümayəndə heyətinin rəhbəri dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Sonda Mahmud Kasımbekov Ümummilli lider Heydər Əliyev haqqında qazax dilində yazılan və bu ilin may ayında Astanada təqdimatı keçirilən “Vətəninə yol açmış” kitabını akademik Ramiz Mehdiyevə təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

