Vyaçeslav Volodin: Azərbaycan və Rusiya arasındakı münasibətlər daha da dərinləşir
26.06.2018 [10:03]
İyunun 25-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, spiker bu cür səfərlərin münasibətlərimizin daha da dərinləşməsində əhəmiyyətli rol oynadığını söyləyib. O, MDB Parlament Assambleyasının və Avrasiya ölkələri parlament sədrlərinin toplantısında Vyaçeslav Volodinlə görüşlərini xatırlayıb. Bildirilib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələr strateji xarakter daşıyır. Dövlət başçılarının qarşılıqlı səfərləri və onlar arasındakı dostluq münasibətləri əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazası kimi gələcək əlaqələrimizə böyük ümidlərlə baxmağa imkan yaradır.
Qeyd edilib ki, bu gün Azərbaycanda 760-dək Rusiya müəssisəsi fəaliyyət göstərir. Ölkəmizə Rusiya tərəfindən 4 milyard dollardan çox investisiya qoyulub. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard dollar həcmində investisiya yatırılıb. Ticarət dövriyyəsi hər il artmaqdadır. Rusiyanın subyektləri ilə ölkəmiz arasındakı münasibətlər gündən-günə genişlənməkdədir. Bu gün Azərbaycanda Slavyan Universiteti, 300-dən çox rusdilli orta məktəb fəaliyyət göstərir. Ölkənin 27 ali məktəbində rus dilində dərslər tədris olunur. Azərbaycanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarında azərbaycanlı tələbələr oxuyur. Milli Məclisin deputatı Mixail Zabelinin başçılıq etdiyi “Sodrujestvo” cəmiyyəti öz ətrafında 120 mindən çox rus kökənli vətəndaşımızı birləşdirib. Ölkədə rus dilində onlarla qəzet və jurnal nəşr olunur. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərməsi bu sahədə münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir.
Sədr Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışaraq, bu məsələnin sülh yolu ilə tezliklə aradan qaldırılmasının region üçün əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanın problemin həllindəki mövqeyi beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Münaqişə beynəlxalq hüquq normaları çərçivəsində öz ədalətli həllini tapmalıdır.
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib. Bildirilib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər həyatın müxtəlif sahələrində daha da dərinləşməkdədir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin ildən-ilə daha da artması, xalqlarımızın rifahı naminə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi bu fikri bir daha təsdiqləyir.
Qonaq dövlət başçıları arasındakı səmimi münasibətlərin əlaqələrimizin daha da dərinləşməsinə xidmət etdiyini söyləyib. O, deputatlarımızın qarşılıqlı səfərlərini onları maraqlandıran məsələlərin müzakirəsi baxımından əhəmiyyətli hesab edib, Azərbaycanda rusdilli təhsil ocaqlarının fəaliyyətindən, qəzet və jurnalların nəşrindən məmnun qaldığını deyib, rus mədəniyyətinə bəslənilən bu münasibətə görə Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.
Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, parlamentin komitə sədri Əli Hüseynli, deputatlardan Mixail Zabelin, Sevinc Hüseynova, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

