/ / Prezident Sercio Mattarella: İtaliya radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri dəstəkləyir
Prezident Sercio Mattarella: İtaliya radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri dəstəkləyir
19.07.2018 [09:53]
İyulun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikasında rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete və Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının nümayəndəsi Mifodiy Efendiyev də iştirak ediblər.
Görüşdə Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, ölkəmizdə bütün dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığı qeyd edilib. Allahşükür Paşazadə Azərbaycan ilə İtaliya arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Şeyxülislam qeyd edib ki, Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında nümunəvi ölkə kimi tanınır, respublikamızda bütün dinlərin tarixi-dini abidələri qorunur, bərpa olunur və yeniləri inşa edilir. Bu işə dövlət fəal dəstək verir. Ölkəmizdə bütün dinlərin nümayəndələri üçün hərtərəfli şərait yaradılıb və dini abidələrə xüsusi qayğı ilə yanaşılır.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşündən məmnunluğunu vurğulayıb. Prezident qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər çox yüksək səviyyədədir, bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün ardıcıl işlər görülür.
Prezident Sercio Mattarella İtaliyanın Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini yüksək qiymətləndirdiyini xüsusi vurğulayıb, radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliyanın dəstəklədiyini deyib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

