Bakıda Beynəlxalq Media Forumu keçirilib
24.07.2018 [09:29]
İyulun 21-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və Azərbaycan milli mətbuatının yaranmasının 143 illiyi münasibətilə Beynəlxalq Media Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forum Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi, “Yeni Çağ” media qrupu, Azərbaycan-Türkiyə Evi, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə müxtəlif ölkələrdən jurnalistlər, deputatlar, QHT təmsilçiləri iştirak ediblər. Forumda Türkiyəni 40-dan çox jurnalist təmsil edib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov Forumun keçirilməsində əsas məqsədin iki ölkə arasında media əlaqələrinin gücləndirilməsi olduğunu bildirib. O deyib ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini dəstəkləyir. Bu, tarixi bir zərurətdir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, biz bir millət, iki dövlətik. Bu, bizim münasibətlərimizi özündə əks etdirən ən böyük şüardır. Azərbaycan və Türkiyə arasında media əməkdaşlığı daha da dərinləşir. Bu, çox vacibdir.
“Təbii ki, media yenilənir, inkişaf edir. Onlayn media, xüsusilə sosial media ayrıca qeyd edilməlidir. Artıq dünyanın ən aparıcı qəzetləri də sosial şəbəkələr üzərindən fəaliyyət göstərirlər. Biz də sosial şəbəkələrdən Azərbaycanın təbliği, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə edirik. Lakin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı təxribat xarakterli yazılar dərc edən səhifələr də var. Buna qarşı ciddi addımlar atılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yanlış aspektlərdən təsvir edilməsinə qarşı mübarizə də buraya aiddir. Bu proseslərin əsl mahiyyəti həm Türkiyə, həm də Azərbaycan mediasında öz əksini tapır. Bildiyiniz kimi, erməni diaspor təşkilatları informasiya resurslarından istifadə edərək Türkiyə və Azərbaycana qarşı məkrli niyyətlər həyata keçirirlər. Bunun üçün biz onlara qarşı ciddi şəkildə mübarizə aparırıq. Türkiyə ilə Azərbaycan arasında informasiya sahəsində əməkdaşlığı genişləndirmək vacibdir. Ümid edirəm ki, iki qardaş ölkə arasında media sahəsində əlaqələr daha da güclənəcək”, - deyə Bəhruz Həsənov bildirib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında media ilə bağlı belə bir tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. O, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin nümunə olduğunu söyləyib. Eyni dildə danışan kifayət qədər ölkələr var. Amma heç biri bizim kimi bir millət, iki dövlət deyil. Ölkələrimizin hər zaman bir-birini dəstəklədiyini vurğulayan səfir Azərbaycan-Türkiyə münasibətlərinin dünyaya, eyni zamanda qardaş toplumlara çatdırılmasında medianın rolunun çox böyük olduğunu söyləyib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputat Əflatun Amaşov Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyəyə gəlib çatdığını deyib. Türkiyə bütün məsələlərdə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da hər zaman qardaş ölkənin yanındadır. Ölkələrimiz arasında media sahəsində əməkdaşlığın da təməli möhkəmdir.
Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan da Azərbaycanla Türkiyənin bir-birinə dəstəyindən danışıb. O bildirib ki, Anadolu Yayımçılar Dərnəyi bundan sonra Azərbaycan mediası ilə sıx çalışacaq. “Xalqlarımız bir-birinə könüldən bağlıdır”, - deyən S.Burhan qeyd edib ki, Türkiyədə kimdən Azərbaycan haqqında soruşsan, bu ölkə ilə bağlı böyük sevgi ilə danışar.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tədbirin keçirilməsində əsas məqsədin Azərbaycan və Türkiyə mediası arasında inteqrasiyanın gücləndirilməsi olduğunu bildirib. O qeyd edib ki, xarici ölkələrin media qurumları ilə əlaqələrin gücləndirilməsi istiqamətində konkret addımlar atılır. A.Ələsgər Azərbaycan və Türkiyə mediasının hazırkı durumu, əməkdaşlıq imkanlarından səmərəli istifadə olunması ilə bağlı müzakirələrin uğurlu nəticələrinin olacağına əminliyini bildirib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Türkiyə və Azərbaycanın media sahəsində əməkdaşlığının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, xüsusilə də cəmiyyətlərimizdəki mənfi hallara qarşı mübarizədə medianın önəmli rolunu vurğulayıb. Qeyd edib ki, daha güclü strategiya qurmalıyıq. Gəncləri elə yetişdirməliyik ki, mənfi proseslərin iştirakçıları olmasınlar, əksinə, bu proseslərə qarşı çıxsınlar. Bu kimi məsələlərdə medianın üzərinə böyük məsuliyyət düşür. Media daim təftiş etməli, araşdırmalıdır.
Forum işini panel müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

