Azərbaycan Mətbuat Şurası bəyanat yayıb
15.12.2009 [09:41]
Bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarının intensiv məcraya qədəm qoyduğu vurğulanıb. “İndiki həssas şəraitdə oxşar mənfi meyllərin bəzi ölkələrin mediasında yer almasını sülh prosesinin əngəllənməsinə yönəlmiş məkrli kampaniya kimi dəyərləndirmək də mümkündür. İstəməzdik ki, dünya miqyaslı media qurumlarından sayılan “Euronews”un belə kampaniyalarda iştirakını ehtiva edən şübhələr yaransın”, - deyə bəyanatda bildirilib.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumatların yer aldığı bəyanatda eyni zamanda bildirilir ki, Mətbuat Şurası ölkənin media ictimaiyyətinin ciddi narazılığını ifadə edərkən bu qənaətdədir ki, reportajda Dağlıq Qarabağın guya erməni mədəniyyətinə aid cəlbedici, unikal bölgə olması kimi yanlış və qərəzli fikirlərin qabardılması, Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Dağlıq Qarabağda formalaşdırılan separatçı rejimin “müstəqil dövlət”, separatçıların başçısının isə qondarma qurumun “prezidenti” kimi təqdim edilməsi, məsələ ilə əlaqədar azərbaycanlıların rəyinin öyrənilməməsi jurnalistika standartlarına zidd, ədalətsiz mövqedir və “Euronews” telekanalının nüfuzuna yalnız xələl gətirə bilər: “Azərbaycan Mətbuat Şurası belə qərəzli reportajın yanlışlıq üzündən efirə verildiyini düşünmək istərdi. Lakin reportajın davamlı olaraq bir neçə gün nümayişi, bu fikri alt-üst edir. Şura ümid edir ki, “Euronews” öz standartlarının pozulmasına, onun haqqında mənfi rəy formalaşmasına biganə qalmayacaq. Biz, telekanalın xəbərlər departamentinin rəhbəri Piter Bababasın bu günlərdə mətbuata açıqlamasına inanaraq ümid edirik ki, “Euronews” məsələ ilə əlaqədar Azərbaycan ictimaiyyətinin mövqeyini öz auditoriyasına çatdıracaq”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

