Əhalinin taxıl məhsullarına olan tələbatı bu il də yüksək səviyyədə təmin olunacaq
12.08.2010 [08:51]
Hər bir dövlətin milli təhlükəsizliyinin əsas kəmiyyət göstəricilərindən biri ərzaq təhlükəsizliyi məsələsidir. Danılmaz həqiqətdir ki, bu gün respublikamızın ərzaq təhlükəsizliyi müstəqilliyin ilk illəri ilə müqayisədə dəfələrlə güclənib. Məlumdur ki, dünyadakı əksər ölkələrin qida sənayesində taxıl strateji əhəmiyyətli məhsul hesab olunur. Bu baxımdan, Azərbaycanda da vacib kənd təsərrüfatı məhsullarından olan taxılın istehsalına böyük əhəmiyyət verilir. Dövlət taxıl bazarındakı durumu öyrənmək və iqtisadi üsullarla tənzimlənməsini həyata keçirmək, taxıl balansını icra etmək, istehsalın artırılması üçün məqsədli taxıl proqramları hazırlamaq, müvafiq investisiya, qiymət, vergi və kredit siyasətini həyata keçirmək, taxılçılıq sahəsində müvafiq normativ hüquqi aktlar qəbul etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və digər istiqamətlərdə üzərinə götürdüyü işlərin öhdəsindən uğurla gəlir. Son illər ölkədə həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının bütün sahələrində olduğu kimi, taxılçılıq üzrə də xeyli irəliləyişlər əldə olunub.
Sevindirici haldır ki, bu gün Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları daxili tələbatın böyük hissəsini ödəmək iqtidarındadır. Eyni zamanda, dövlətin həyata keçirdiyi tədbirlər sayəsində son illər ərzində Azərbaycanda idxal olunan taxıla ehtiyac xeyli dərəcədə azalıb. Bunun əsasında isə dövlətin məqsədyönlü siyasəti və görülən effektiv tədbirlər dayanır. Belə ki, taxıl istehsalının artırılması, seleksiyası, məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi dövlət tərəfindən stimullaşdırılır. Bundan əlavə, taxılın və taxıl emalı məhsullarının istehsalı, tədarükü, saxlanması, satışı, habelə, taxılçılığın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində kooperasiya və birgə fəaliyyət növləri dövlət tərəfindən dəstəklənir və bu məqsədlə müvafiq stimullaşdırma tədbirləri həyata keçirilir. Digər stimullaşdırma tədbirləri içərisində əkin sahələrinin təbii fəlakətlərdən və başqa müxtəlif risklərdən sığortalanmasının dövlət vəsaiti hesabına aparılması, qabaqcıl texnika və texnologiyanın tətbiqini təmin etmək məqsədilə lizinq xidmətinin təşkili, texniki və aqrokimyəvi maddələrlə təchizat, eləcə də, kənd təsərrüfatı texnikasının uzunmüddətli kreditə verilməsi sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsini göstərmək olar. Sözsüz ki, sadalanan tədbirlərin uğurla gerçəkləşdirilməsi taxılçılığın inkişafına müsbət təsir göstərməkdədir. Artıq respublika ərazisində builki 938,4 min hektar zəminin 70 faizdən çox hissəsi biçilib. Məlum olduğu kimi, bu il bəzi vaxtlarda havanın qeyri-sabit keçməsi, leysan yağışları və daşqınlar müəyyən dərəcədə məhsul itkisinə səbəb olub. Lakin bütün bunlara baxmayaraq, həyata keçirilən qabaqlayıcı tədbirlər sayəsində bütövlükdə məhsuldarlığın həcmi qənaətbəxşdir. Belə ki, bu il 2 milyon ton taxıl, 1 milyon 300 min ton buğda istehsalı gözlənilir. ölkədə taxıla olan tələbatın 3 milyon ton olduğunu nəzərə alsaq, bu, kifayət qədər yüksək göstəricidir.
Bu il ölkədə taxıla olan tələbatın az bir hissəsinin idxal hesabına ödəniləcəyini nəzərə alsaq, dünya taxıl bazarlarındakı vəziyyətin ölkəmizə elə də ciddi təsir etməyəcəyini söyləmək olar. Bildiyimiz kimi, iri taxıl istehsalçılarından olan Rusiya və Qazıxıstanda baş verən quraqlıqlar üzündən taxıl istehsalına dəyən zərər qiymət artımına səbəb olub. Bu prosesin ölkəmizdə taxıl qiymətlərinə mümkün təsirinin qarşısına almaq məqsədilə artıq indidən tədbirlər görülür. Bu məqsədlə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən unun və çörəyin qiymətinin gündəlik monitorinqi aparılır. Qeyd edək ki, aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində dəyişiklik müşahidə edilməyib. ümumiyyətlə, istehlakçıların hüquqlarının qorunması, qiymət tarazlığının təmin olunması məqsədilə dövlət tərəfindən mütəmadi qaydada taxıl bazarının monitorinqi, proqnozlaşdırılması və taxılçılıq fəaliyyəti subyektlərinin məlumatlandırılması, taxıl bazarında haqsız rəqabətlə mübarizə və yerli istehsalçılara dövlət himayəsi, taxıl məhsullarının keyfiyyətinə dair tələblərin normallaşdırılması və sertifikatlaşdırılması tədbirləri həyata keçirilir.
ölkə əhalisinin taxılla etibarlı təminatında dövlət taxıl fondunun əhəmiyyəti böyükdür. Artıq Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi fonda yüksək keyfiyyətli buğdanın alınması barədə elan verib. Qeyd edək ki, əsasən yerli istehsal hesabına yaradılan dövlət taxıl fonduna yüksək standartlara cavab verən taxıl məhsulları tədarük edilir.
Beləliklə, bu gün Azərbaycanda ərzaq təhlükəsizliyi və onun mühüm tərkib hissəsi olan taxıl istehsalı yüksək səviyyədə təmin olunur. Hazırlanmaqda olan “Ərzaq təhlükəsizliyi haqqında” qanun layihəsi gələcəkdə bu sahədə işlərin daha təkmil səviyyədə təşkilinə imkan verəcək. Bugünkü reallıqlar isə onu göstərir ki, istər dünyada gedən proseslər, istərsə də ölkə daxilində iqlim şəraiti ilə bağlı yaranan problemlər taxıl istehsalı sahəsindəki inkişafa mane ola bilməyib.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14

