Aİ Belarusa müşahidəçi göndərməyəcək...
17.02.2022 [10:26]
Amma prosesi diqqətlə izləyəcək
P. İSMAYILOV
Belarus prezidenti Aleksandr Lukaşenkonun fərmanı ilə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı fevralın 27-də referendum keçiriləcək. Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko referenduma hazırlıqla bağlı məlumat verib. Bildirib ki, Belarus MSK 101 beynəlxalq müşahidəçini, o cümlədən MDB missiyasından 92 müşahidəçini akkreditasiya edib.
Avropa İttifaqı isə Belarusdakı referendumu müşahidə etmək üçün missiya göndərməyəcək. Avropa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Piter Stano bildirib ki, Avropa İttifaqı fevralın 27-də keçiriləcək konstitusiyaya dəyişikliklərlə bağlı referendum üçün Belarusa müşahidəçi göndərmək niyyətində deyil. “Belarus hakimiyyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu Belarusda müşahidə missiyası yerləşdirməyə dəvət etməyib. Aİ də öz növbəsində Belarusa hər hansı rəsmi müşahidə missiyası göndərməyi planlaşdırmır”, - Stano deyib.
Eyni zamanda, o qeyd edib ki, Aİ vətəndaşları referendumu müşahidə etmək üçün bu ölkəyə gedə bilərlər, lakin “onlar bunu öz şəxsi imkanları daxilində edəcəklər”. Qurum rəsmisi bildirib ki, Aİ hadisələri izləməyə davam edəcək: “Biz Belarusda baş verənləri referendumdan əvvəl və səsvermə günü izləməyə davam edəcəyik və buna uyğun reaksiya verəcəyik”“.
Xatırladaq ki, Belarusla Qərb ölkələri arasında münasibətlər 2020-ci ilin avqustunda keçirilən prezident seçkiləri dövründə kəskin hal alıb. Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Kanada və bir sıra digər ölkələr rəsmi Minski seçki pozuntularında və insan haqlarının pozulmasında ittiham edərək bəzi dövlət rəsmilərinə, eləcə də müəssisələrə qarşı mərhələli şəkildə sanksiyalar tətbiq ediblər. 2021-ci ilin dekabr ayının əvvəlində isə Belarusa qarşı yeni sanksiyalar elan edilib. Bunun qarşılığında isə Minsk hakimiyyəti ərzaq embarqosu da daxil olmaqla, cavab tədbirləri görüb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bildirən siyasi şərhçi İbrahim Babayev Aİ-nin Belarusdakı referendumu izləmək üçün müşahidə missiyası göndərməməsinin səbəblərinin tarixi keçmişə söykəndiyini deyib. Sonuncu prezident seçkiləri dövründə baş verənləri xatırladan İ.Babayev qeyd edib ki, Qərb bu seçkilərin nəticələri ilə bağlı pozitiv münasibət bildirməyib: “Həmin dövrdə mühüm siyasi proseslər baş vermişdi. Hətta bəzi siyasətçilərin, xüsusilə Lukaşenkonun rəqiblərinin həbsi də baş vermişdi ki, sonradan bu gərginliklər aradan qaldırıldı. Avropanın bəzi təsisatları bəzən ölkələrdə keçirilən seçkilərdə daha çox rol almaq niyyətində olurlar. Hətta yersiz və özlərinin maraqlarına uyğun müdaxilələrin belə şahidi oluruq. Prosesin nəticəsi mütləq şəkildə xalqın iradəsinə söykənməlidir”.
Siyasi şərhçi bildirib ki, Belarusda keçiriləcək referendum Konstitusiyaya yeni əlavələri və düzəlişləri özündə ehtiva edəcək. Belə ki, ana qanunda əsas dəyişiklik təşəbbüsü eyni şəxsin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyətin bərpası, prezident seçilmək yaşının 35-dən 40-a qaldırılmasıdır. Digər təklifə əsasən, prezident seçilmək istəyən şəxs son 20 ildə ölkədə daimi yaşamalıdır. Başqa ölkənin vətəndaşı olmuş və ya xaricdə yaşamaq hüququ əldə etmiş şəxsin prezidentliyə namizədliyi yasaqlanır. “Burada bəzi məsələlər var ki, müasir dövrün təhlükəsizlik problemi çağırışları ilə səslənir. Məsələn, xarici vətəndaşların dövlət başçısı seçilməsinə məhdudiyyətin qoyulması məntiqlidir. Nəzərə alsaq ki, bu gün belarusla Qərb dünyası arasındakı münasibətlər kəskin şəkildədir, bu, dövlətin özünü qorumaq instinktini artırmağa yönəlib”, - deyə İ.Babayev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

