Vətəndaşlar üç tibb müəssisəsində göndəriş olmadan stasionar xidmətlərdən yararlana biləcəklər
24.01.2025 [13:01]
Azərbaycan Tibb Universitetinin tələbələrinin istehsalat təcrübəsi imkanlarını genişləndirmək və praktiki biliklərini daha da artırmaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqələrinin verilməsi Qaydası”na dəyişiklik edilib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, artıq göndəriş tələb olunmadan icbari tibbi sığorta hesabına Azərbaycan Tibb Universitetinin (ATU) tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, o cümlədən Bakı Sağlamlıq Mərkəzinə stasionar tibbi xidmətlərdən (terapevtik və cərrahi tibbi xidmətlər) istifadə üçün birbaşa müraciət etmək mümkündür.
Belə ki, pasiyent tibbi xidmətdən istifadə etmək üçün səhhətində yaranan problemlə bağlı dövlət və ya özəl tibb müəssisəsinə (birbaşa müraciət edildiyi təqdirdə vətəndaşın öz vəsaiti hesabına) müraciət edərək həkim müayinəsindən keçir. Müayinənin nəticəsindən asılı olaraq Xidmətlər Zərfi çərçivəsində göstərilən stasionar xidmətdən istifadəyə tibbi göstəriş olarsa, pasiyent öz seçiminə əsasən ATU-nun tədris-terapevtik və tədris-cərrahiyyə klinikalarına, yaxud da Bakı Sağlamlıq Mərkəzinə xidmətdən yararlanmaq üçün göndərişsiz birbaşa müraciət edə bilər. Bu zaman sözügedən tibb müəssisələrində stasionar tibbi xidmət Xidmətlər Zərfi çərçivəsində icbari tibbi sığorta hesabına qarşılanır. Nümunə - Pasiyent dövlət/özəl tibb müəssisəsinə səhhətində yaranan problemlə - məsələn, bel nahiyəsində küt və ya sancı şəkilli ağrı ilə bağlı müraciət edir. Burada həkim-uroloq/nefroloq tərəfindən müayinə olunur. Həkim tərəfindən təyin olunan müvafiq laborator və instrumental müayinələrdən keçir. Nəticədə pasiyentə böyrək daşı xəstəliyi diaqnozu qoyulur. Vətəndaş diaqnoza əsasən böyrək daşının xaric edilməsi əməliyyatından istifadə etmək üçün TƏBİB-in tabeliyindəki xəstəxanalarda, Agentliklə müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) göndəriş əsasında və ya yuxarıda qeyd olunan 3 tibb müəssisəsinə seçiminə uyğun olaraq göndərişsiz müraciət edə bilər. Bu qayda, həmçinin pasiyentlər üçün tibbi xidmətlərə əlçatanlığı təmin etməyi hədəfləyir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56

