Sınaqdan çıxmış Adam!
28.01.2025 [13:02]
Onun bu gün 75 yaşı tamam olur.
Amma, heç deməzsən...
Yerişi, duruşu, çevik hərəkətləri, mehriban çöhrəsi, sirayətedici şuxluğu, gənclik enerjisi saçır.
Aramızda tez-tez təkrarlanan bir dialoq var.
Xeyrəddin müəllim məndən soruşur ki, “Alqış, bu camaat məni niyə belə çox istəyir?”
Mən də deyirəm ki, “Xeyrəddin müəllim, camaat səni yaxşı tanımır axı, ona görə”.
O da qayıdır ki, “Çox doğru deyirsən, işdi birdən məni yaxşı tanısalar, bəs onda nə olacaq?”
Mən də - “Onda səni daha çox istəyəcəklər”, - deyirəm.
Mən Xeyrəddin müəllimi yaxşı yox, çox yaxşı tanıyıram.
İlk dəfə onu sözündən tanımışdım.
Onun bir cümləsi indi də olduğu kimi - bütün intonasiyası, səmimiyyəti və sərrastlığı ilə yaddaşımdadır.
“Xalq məhəbbəti” - mən bu sözlərin dərin mənasını ölçüyəgəlməz qiymətini Heydər Əliyev Naxçıvana gələn gün, bu il iyul ayının 22-də bir daha dərk etdim.
“Böhtançıların aqibəti” adlanan həmin məqalə “Dan Ulduzu” qəzetində dərc olunmuşdu.
1990-cı ildi.
Onda cəmiyyət hələ toparlanmamışdı.
Dahi Öndərimizin özü və tərəfdarları təzyiq altında idi.
Ziyalıların Heydər Əliyevə məhşur müraciəti hələ yox idi.
Hələ Yeni Azərbaycan Partiyası təsis edilməmişdi.
Hələ “Yeni Azərbaycan” qəzeti çıxmırdı.
Xeyrəddin müəllim yerli kommunist mətbuatından tutmuş, mərkəzi Moskva qəzetlərində yazılan bütün böhtanlara təkbaşına cavab verirdi.
Xeyrəddin müəllim böhtançılarla təkbaşına döyüşürdü.
Xeyrəddin müəllimin özü ilə 1993-cü ilin aprelində tanış oldum.
Baki Dövlət Universitetinin tələbəsi idim, eyni zamanda “Aydınlıq” qəzetində çalışırdım.
Bir gün, Məmməd Nazimoğlu (“Aydınlıq” qəzetinin redaktoru Babək Hüseynoğlunun müavini idi) məni otağına dəvət etdi:
-Xeyrəddin Qoca Kişinin (Heydər Əliyevi nəzərdə tuturdu) qəzetini buraxmağa hazırlaşır.
Əməkdaşlar axtarır.
Özü də deyir ki, mütləq Qərbi azərbaycanlı olmalıdır. Sənin haqqında ona danışmışam. Redaksiyada səni gözləyir.
Azərbaycan nəşriyatının 6-cı mərtəbəsində “Yeni Azərbaycan” qəzetinin 2 otaqlıq redaksiyasında görüşdük.
Və dərhal soruşdu: Sən Nüvədidənsən? O Kişinin qədr-qiymətini Qərbi azərbaycanlılar dəqiq bilirlər. Və əlavə etdi: Hazır nə yazın var?
-Hazır yazı yoxdur, amma makinaya diktə edə bilərəm.
-Doğrudan? - deyib redaksiyanın makinaçısı Səyyarə xanıma üz tutdu.
-Başlayın.
Bir saata yazı hazır idi. Xeyrəddin müəllim yazını oxudu.
-Əla, - dedi, - Mən səni birbaşa şöbə müdiri götürürəm.
Və beləcə Xeyrəddin müəllimin sayəsində mən “Yeni Azərbaycan”çı oldum.
Xeyrəddin müəllimin öz mövqeyi var.
Onun mövqeyi tənzimlənən, idarə olunan mövqe deyil.
Onun mövqeyi yuxarıların diktəsindən və aşağıların xahişindən irəli gəlmir.
Onun sözü, mövqeyi vicdanının çox-çox dərinliklərindən rişələnir.
Xeyrəddin müəllim satirikdir.
Satirik hekayələr, yumorlar yazır.
Satirik üslubda yazmaq üçün istedad yetərli deyil. Cəmiyyətin çatışmazlıqlarını qələmə almaq üçün, hər şeydən öncə, cəsarət, iradə, daxili immunitet gərəkdir.
60 - cı illərdə Türkiyədən Əziz Nesin Bakıya gəlibmiş. Şəhəri gəzib dolaşırlar. Nahar zamanı türkiyəli yazıçı azərbaycanlı həmkarlarından soruşur.
-Sizdə satira var?
Bizim yazıçılar da, bir ağızdan:
-Əlbəttə, var - deyirlər.
Əziz Nesin təəcüblənir:
-Anlamadım, ya sizdə satira yoxdur, ya da hökümət.
Türkiyəli yazıçının təəccübünə rəğmən bu gün Azərbaycanda güclü Hakimiyyət də var, satira da.
Bu da ki, istisnasız olaraq Xeyrəddin müəllimin müstəsna xidmətidir.
Mövzunu, istənilən nöqsanı, çatışmazlığı elə sevə-sevə təqdim edir ki, hamı razı qalır. Heç kimin ruhu incimir.
30 ildən çoxdur ki, hər gün görüşürük, zəngləşirik, danışırıq.
Xeyrəddin müəllimin zəngi bir az ləngiyəndə həmən uşaqların diqqətindən yayınmır.
-Xeyrəddin əminin deyəsən başı qarışıqdır, xəbər yoxdur.
Xeyrəddin müəllimlə mənim münasibətim anamın diqqətini xüsusi ilə cəlb etmişdi.
Anam görürdü ki, Xeyrəddin müəllim bizə telefon açan kimi otağı gülüş qəhqəhə səsi başına götürür.
Həmişə “Xeyrəddin müəllimə məndən salam de”,- deyirdi:
Allah onun köməyi olsun, səni darıxmağa qoymur. Onu görüm min budaq olsun. Allah da onu darıxmağa qoymasın.
Xeyrəddin müəllim çətin günlərin dostudur.
Xeyrəddin müəllim sınaqdan çıxmış adamdır.
Sınaqdan çıxmış adam misilsiz örnəkdir, cəmiyyətin ali dəyəridir.
Sınaqdan çıxmış adamı heç bir məddahın, cahilin boşboğazın, konyukturaya xidmət edən hər cür fürsətkeşin ayağına vermək olmaz.
Sınaqdan çıxmış adamı qorumalı, ovcumuzun içində, gözümüzün üstündə saxlamalıyıq.
Xeyrəddin müəllim özündə şəxsiyyətin gerçək tərifini ehtiva edir.
Şəxsiyyət şəxsi keyfiyyətlərin daşıyıcısı olan şəxslərə deyilə bilər.
Xeyrəddin müəllimin, mənim əziz dostumun 75 ildə qazandığı ad-sanın, şöhrətin, xətir-izzətin əsasında onun öz şəxsi keyfiyyətləri dayanır.
Xeyrəddin müəllim böyük şəxsiyyətdir.
Qənimət adamdır.
Rəhmətlik anamın dediyi kimi: “O bizi darıxmağa qoymur. Allah da onu darıxmağa qoymasın”.
Alqış Musayev,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

