/ / DSMF-nin İdarə Heyətinin sədri: Son altı ildə həyata keçirilən beş islahat zərfi ümumilikdə 4 milyon insanı əhatə edir
DSMF-nin İdarə Heyətinin sədri: Son altı ildə həyata keçirilən beş islahat zərfi ümumilikdə 4 milyon insanı əhatə edir
06.02.2025 [10:49]
Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” yeni Sərəncamı sosial müdafiənin gücləndirilməsi istiqamətində son 6 ildə sayca beşinci islahat zərfidir. Bu onu göstərir ki, sosial sahədə islahatlar davamlıdır və ümumilikdə, 4 milyon insanı əhatə edir. Həmin islahatların maliyyələşdirilməsinə illik əsasla 8,3 milyard manata yaxın vəsait sərf olunur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fevralın 5-də keçirilən brifinqdə deyib.
H.Məmişov bildirib ki, 5 islahat zərfi çərçivəsində minimum əməkhaqqı 3,1 dəfə, ölkə üzrə əməkhaqqı fondu 3 dəfədən artıq artmış olub: “Eyni zamanda, müavinət və təqaüdlərin məbləğlərində təxminən 5,5 dəfə artım müşahidə edirik. Ehtiyac meyarı 3,5 dəfə artıb. Cari indeksasiyanı da nəzərə almış olsaq, əmək pensiyalarının orta aylıq məbləğlərində də ciddi artımlar müşahidə edə bilərik. Belə ki, islahatlar nəticəsində minimum əməkhaqqı məbləği 2,9 dəfə, orta aylıq pensiya məbləği 2,6 dəfə, o cümlədən yaşa görə orta aylıq pensiya məbləği isə 2,4 dəfə artıb. Sonuncu əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Sərəncamı da nəzərə almış olduqda, o zaman müşahidə edirik ki, 2025-ci ildə artıq əmək pensiyalarının orta aylıq məbləği ümumi pensiyalar üzrə 497 manatdan 537 manata, yaşa görə pensiyaların orta aylıq məbləği isə 530 manatdan 573 manata yüksəlmiş olur. Onu da qeyd etmək istərdim ki, indeksləşmədən bütün pensiyaçılar - 1,1 milyon pensiyaçı yararlanmış olacaq”.
Sədr qeyd edib ki, aparılan islahatların mahiyyətinə, əhatə dairəsinə və maliyyələşdirilməsinə sərf olunan vəsaitə nəzər salmış olsaq, ölkədə həyata keçirilən siyasətin sosial xarakterli olduğunu, aparılan islahatların mərkəzində vətəndaşların maddi rifahının dayandığını bir daha aydın şəkildə görürük.
O, müavinət və təqaüdlərin, o cümlədən tələbə təqaüdlərinin artımı ilə bağlı təkliflərin hazırlanmaqda olduğunu və qısa müddətdə aidiyyəti üzrə təqdim ediləcəyini də diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

