Sevgililər günü, yoxsa...
14.02.2025 [08:56]
“Valentin” necə “müqəddəs”ləşdi...
Fevralın 14-ü dünyanın bir çox ölkələrində “Sevgililər günü” kimi qeyd olunur. Bəzən bu günü “Müqəddəs Valentin günü” adlandıranlar da var. Etiraf edək ki, ildən-ilə bu günü qeyd edənlərin sayı dünyada, həmçinin Azərbaycanda artır. Ancaq insanların böyük əksəriyyəti bu bayramın yaranma tarixi və nə üçün “Müqəddəs Valentin günü” adlandırılması barədə məlumatlı deyil.
Qədim Roma Luperkaliyası...
Qədim Romada 14 fevral xüsusi əhəmiyyət kəsb edirdi - bu gün Roma “Tanrı” və “Tanrıçaları”nın kraliçası sayılan Junoya hörmətin təcəssümü sayılırdı. Günün sabahı isə Luperkaliya bayramı başlayırdı. Valentin günü Luperkaliya bayramı günü ilə sıx bağlıdır - münbitlik və məhsuldarlıq allahına həsr olunmuş bayram fevralın ortalarına təsadüf edərdi və rəsmən baharın başlanğıcı kimi qeyd edilirdi. Bayramda oğlanlar qutudan qızların adlarını çıxarardılar. Beləliklə, bayram günlərində oğlan adını qutudan çıxardığı qızla sevgili olardı.
Valentinin “müqəddəsliyi”...
Mənbələrin birinə görə, Roma imperatoru ll Kladius ordu üçün savaşan əsgər tapmaqdan ötrü evliliklərə qadağa qoyur. Səbəb isə romalı kişilərin sevdiklərini və ailələrini tərk etməmək istəyi ilə bağlı idi. Valentin isə Romada rahib idi. Onun kimliyi və ölümü barədə müxtəlif fərziyyələr var. Bunlardan ən geniş yayılmış olanı budur ki, həmin keşiş imperatorun evlənməyi qadağa etməsinə baxmayaraq, əsgərləri qızlarla gizlin görüşdürürdü. İmperator onun bu əməllərindən xəbər tutduqdan sonra Valentini zindana atdırır və 14 fevralda öldürtdürür. Bununla da fevralın 14-ü “Müqəddəs Valentin günü” kimi tarixdə qalır.
Başqa versiya...
Başqa mənbələrdə isə qeyd edilib ki, Valentin həbsxana rəisinin qızına aşiq olubmuş, ona görə də edam edilib. Katoliklər də iddia edir ki, Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb. Ancaq görünəni odur ki, Valentinin Roma tərəfindən müqəddəsləşdirilməsi belə onun əməllərinin üstünü örtə bilməyib.
“Sevgililər günü”nün ləğv olunduğu ölkələr...
Bəzi Qərb ölkələri “Müqəddəs Valentin günü”nü keçirmir və yaxud səthi yanaşır. Məsələn, hər il bu gündə Rusiyada fərqli kəsimlər arasında küçə davaları baş verir. Universitetlərdə tələbələrin fevralın 14-də təşkil olunacaq şənliklərdə, diskotekalarda iştirakı qadağan edilib. Beləliklə, Valentin günü rus milli dəyərlərinə zidd adlandırılır.
Almaniyada isə bu tarix psixi cəhətdən sağlam olmayanların günü kimi qeyd edilir. İordaniya da “Sevgililər günü”nün qadağan olunduğu ölkələr sırasındadır. Malayziyada qadağan olunan 14 fevral “günü”nü İslamabad Ali Məhkəməsi də Pakistan ərazisində yasaqlayıb. Məhkəmə bu qərarı “Sevgililər günü”nün İslam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib. Həmin günü nəinki qeyd etmək, hətta KİV-də təşviq və ya reklam etmək belə cinayət hesab edilir.
Özbəkistanda və Türkmənistanda da bu günün qeyd olunması qadağandır. İranda isə bu gün ilə bağlı bütün hədiyyəlik əşyaların satışı və reklamları qadağan edilib.
Səudiyyə Ərəbistanda 2004-cü ildə verilən fətvada “Sevgililər günü”nü Allaha və Qiyamət gününə iman gətirən müsəlmanların qeyd etməmələri söylənib. Fətvada Allahın qəzəbindən qorxanlar üçün bunun bir vəzifə olduğu vurğulanıb.
“Sevgi günü”
Azərbaycanda “Sevgililər günü” kütləvi şəkildə qeyd edilmir. Amma qeyd edənlər üçün də hər hansı bir qadağa yoxdur. Paytaxtın bəzi kafelərində, gül dükanlarında, küçə ticarətçilərinin piştaxtasında əlvan çiçəklər, müxtəlif suvenirlər və başqa hədiyyə alanlara rast gəlmək olur...
...Sevənlərin və sevginin günü olmur. Bütün günlər və saatlar sevənlərindir. Onu 1 günlə məhdudlaşdırmayın...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24

